adalet.az header logo
  • Bakı 12°C

DONUZ QRiPi YOXDU, DONUZ ZEHNiYYƏTi VAR!..

VƏDAT KUŞAKLI
11304 | 2009-06-16 16:48
Bu dünyanın zibili çıxıb deyirəm , kimsə inanmır. Kürəsəl maliyyə krizi imişg Pah! Yalan deyirlər. ABŞ və ya Avropa heç bir şirkətini, holdinqini batırmaz, iflas etdirməz. Əgər batırırsa, mütləq içində incə hesablar var bu işin. Donuz qripi deyirlər - neçə illərdi normal insan sətəlcəmindən, insan qripindən nə qədər insan öldü getdi. Donuz qripi dedikləri qripdən ölənlərin sayı isə müqayisədə toya getməlidi. Yəni insan mühəndisləri, kürəsəl imperatorlar, evrensel patronlar toplumları eynən qoyun sürüsü kimi görürlər və bu sürüləri istədikləri kimi otarırlar. Media, televizyon, basın, qəzetə, məcmuə, radio, internet də bü sürülərə çobanlıq eləyənlərin zurnaçısı olur. Necə çalırlarsa sürülər də elə oynayır. Bir qrup nacins, insan qılıqlı şeytan toxumu insanları qoyun, qaz, keçi, inək, toyuq, donuz kimi görür və onlara heç əhəmiyyət vermirlər. Ondan sonra da elm adamları ehkam kəsirlər. Nə imiş? "Yer üzündəki qarışqa miqdarı hər bir insana 30 min qarışqa düşəcək qədər çoxmuş". Yapma bə! Saydınmı o qarışqaları? Və ya "bilməm harada bulunan sümüklərin 9 milyon yaşı varmış". Mən belə elmin içinə g deyib həqarət etmək istəyirəm, amma yenə də insanların mənfəətinə çalışan aydınlıq elm adamları mənə hirslənməsinlər, sinirlənməsinlər deyə övkəmi uduram.
   
   Yaponiyada bir dənə armud (bir kilo deyil) 13 dollarmışg Bir dənə alma 3 dollarmışg Bir dənə orta qovun 25 dollarmışg 2 kilo mandarin 45 dollarmışg Bir dilim qarpız (dənə deyil, dilim) 4 dollarmış. Elə bil bu adamlar balıq və düyüdən başqa heç nə yemirlər. İldə 7 milyon balıq tuturlar, amma bu da yedikləri balıq ehtiyaclarını qarşılamırmış və 40 faiz balığı xaricdən ixrac edirlərmiş. Amma Yaponiyada süni zəkalı süni insanlar, heyvanlar (əslindən seçilməyən robotlar) istehsal eləməyə başladılar. Texnologiyada dünyada ya birinci, ya da ikinci dövlət oldular. Amma bu nə işə yarar ki? Yaponlar alma, armud, qovun, qarpız, gilas, tut, şaftalı yeməkdən acizdilər, məhrumdular. Yedikləri balığı tuta bilmirlər, çubuqlarla ötürdükləri düyünü yetişdirməkdən məhrumdular. Amma hər tərəfə beton, sement yığınları, göydələnlər tikiblər. ?stəlik bu göydələnlər 9 ballıq zəlzələyə də davamlıymış. Nəyə yarar ki?..
   
   Demək istədiyim budur: Əgər hamımız bir-birimizi insan kimi görə bilsək, əgər bizlər insan olaraq heyvanlara da, otlara da haqq etdikləri dəyəri, sevgini, sayğını göstərə bilsək bu dünya hamımıza yetər. Hamımız xoşbəxt və sakit bir ömür sürərik. Amma rahat buraxmırlar. İrqçilik, din və məzhəb savaşları, ideoloji hərblər, ticarət qovğaları, mafiya çəkişmələri ilə insanların canını boğazına yığırlar. Media, basın, internet, qəzetə, məcmuə, televiziya, radio ilə insanların beyinləri və ruhları xaş-xaşdan, heroindən, tiryəkdən daha da fəna, faciəli bir şəkildə uyuşdurulur və iflic edilir. Donuz qripiymiş, ekonomik krizmiş - hamısı yalan, hamısı baş qatmaq, hamısı fırıldaq. Bizi belə şeylərlə məşğul eləyirlər, qorxudurlar, korlaşdırırlar və beləliklə insan cildli şeytanlar bu dünyada istədikləri kimi at oynadırlar. Kürəsəl maliyyə, pul, büdcə sıxıntıları yəqin ki var. Amma demək istədiyim odur ki, bu sıxıntılar tamamən dev holdinqlərin, kürəsəl patronların, bank atalarının, sərmayə analarının nəzarətində olan, onların özəlliklə planladığı və uyğuladığı bir kürəsəl əməliyyatdı. Və məqsəd dünyanın qərib, kiçik, orta, zavalı fəhlələrinin, məmurlarının, kəndlilərinin, əsnafının cibindəki pulları maqnitlə çəkmək, maqnit yetməyincə də maqqaşla çəkməkdi. Donuz qripi də eynən belə, buna bənzər bir əməliyyatdı. Ya insanların neçə milyonunu öldürmək istəyirlər, ya da dərman sənayesində milyardlarca dollarlıq, avroluq yatırımları boşa çıxmasın deyə hiyləgər bir plan hazırlayırlar. ?zəlliklə Amerikadan və Avropadan media kanalı ilə bizim üstümüzə püskürdülən heç bir fikri, olayı, vaqeəni, həmləni, onu-bunu mən artıq heç inandırıcı qəbul etmirəm.
   
   Bizə düşən vəzifə - kürəsəl canavarların, qlobal quldurların qəsdən çıxartdığı bu krizə aslan kimi dirənmək, yıxılmamaq, çökməməkdi. Gərəkirsə bir dəfə yemək yeməkdi. Gərəkirsə o bir dəfəni soğan-çörəklə keçişdirməkdi. Bir az səbirli olun. Kürəsəl quldurluğun, qlobal oğurluğun sonu çox yaxında mütləq gələcək. Bir az səbirli olun. Bu dünya bundan sonra canavarların dünyası olmayacaq.
   
   

TƏQVİM / ARXİV