adalet.az header logo
  • Bakı 11°C

BüTüN ÖLKƏNiN YAZIçILARI, BiRLƏŞiN!

16438 | 2009-06-13 03:32
( əvvəli ötən saylarımızda)
   
   
   
   ?tən əsrin otuzuncu illərindən Sovet İttifaqı var gücünü sənayenin inkişafına yönəltmişdi. Yeni elektrik stansiyaları, fabrik zavodlar sürətlə artırdı. Kəndlilərin kollektiv təsərrüfatlarda birləşmə prosesi davam edirdi. Bu mənzərəni bədii əsərlərdə vəsf etmək, insanları əmək cəbhəsində yeni qələbələrə ruhlandırmaq yazıçıların qarşısında yeni vəzifə kimi qoyulurdu. Leonid Leonov, Valentin Katayev, Mixail Şoloxov, Fyodor Panferov kimi gənc yazıçıların əsərlərində birinci beşilliyin nəbzi döyünməyə başlayırdı. Yeni zamanın panoramını əks etdirən əsərlər arasında Maksim Qorkinin Sovet İttifaqının nailiyyətlərinə həsr olunan oçerklər kitabı xüsusi yer tuturdu. SSRİ iqtisadiyyatının və kənd təsərrüfatının planlı şəkildə inkişafının təməlini qoyan birinci beşillik yekunlaşan ərəfədə oraqçəkic birliyindən yaranan dövlətin zəhmli,iradəli və inadkar rəhbəri İosif Vissarionoviç Stalin kağızqələm əhlini də bir araya gətirib sosialist realizmi cərəyanını ədəbiyyat və incəsənətin magistral xəttinə çevirmək, hamını bu yolun yolçusu görmək istəyirdi. Yoldan çıxmaq, yaxud ünvanı səhv salmaq düşmən dəyirmanına su tökmək anlamına gələcəkdi. Bu yolda istiqaməti itirməmək şərti ilə sürəti hərə öz imkanına, zövqünə, istedadına görə müəyyən etməkdə sərbəst idi. Cəmiyyətdə seçilmək istəyənlər üçün isə başqa ölçü vahidləri əsas götürülürdü. Onu hakimiyyətin ideoloji maşını müəyyən edirdi. Meyar yaradıcılıqdan, orijinallıqdan daha çox siyasətə bağlanırdı. Mövcud siyasət sətiraltı mənalarla yazanları, ikibaşlı danışanları dəstəkləmirdi. Təbliğat maşınına sözü açıq deyən şüarçılar tələb olunurdu. Çoxmilyonlu sovet xalqına örnək ola biləcək şanlı əmək qəhrəmanlarının bədii obrazını canlandıran, onları xalqa tanıdan, sevdirən sənətkarların, sinfi düşmənə qarşı nifrət hissi doğuran əsər müəlliflərinin ədəbiyyatçıların, rəssamların, bəstəkarların, heykəltəraşların, teatr və kino xadimlərinin zamanı gəlmişdi. At oynatmaq üçün ucsuzbucaqsız ideoloji meydan onların ixtiyarına verilmişdi. Meydanda bəxtini sınamaq istəyənlər arasında əqidəsi saf, ruhən nikbin, "azadlıq", "qardaşlıq", "bərabərlik" şüarlarına inanan gerçək istedad sahibləri ilə yanaşı, cızmaqaraçı, saxta patriot, peşəkar məddah, bir sözlə minlərlə qəlp adam da var idi. İnqilabdan sonra Rusiyada, eləcə də müttəfiq respublikalarda müxtəlif adda yeni yaranan yaradıcı birliklər fəaliyyət göstərirdi. 1932ci il aprel ayının 23də ?KP(b) MKsi "Ədəbibədii təşkilatların yenidən qurulması barədə" qərar qəbul etdi. Sənədə əsasən RPYA (Rusiya Proletar Yazıçılar Assosiasiyası və bu qəbildən olan digər birləşmələr ləğv edilməli, Sovet hakimiyyətinin platformasını dəstəkləyənlər yeni yaradılacaq ?mumittifaq səviyyəli vahid təşkilatda birləşməli idi.
   
    Adətən SSRİ Yazıçılar İttifaqının yaradılması təşəbbüsü Maksim Qorkiyə aid edirlər. Hadisələri diqqətlə izləyəndə, o dövrün sənədləri ilə tanış olanda ideya müəllifi qismində hakim partiyanın ideoloqları və şəxsən İosif Vissarionoviç görünür. Assosiasiyasının ləğv ediləcəyi barədə sözsöhbət yenicə başlayanda Maksim Qorki Stalinə məktubla müraciət edərək, ən savadlı, istedadlı, partiyalı qələm sahiblərinin məhz RPYAda cəmləşdiyini nəzərə almağı təvəqqe edirdi. Yeni qurumun dağıdılması fikri ilə razılaşmayıb etiraz səsini ucaldanlardan biri də yazıçı Vladimir Kirşon idi. Baş katibə məktubunda o, yazırdı ki, bütün ədəbi qəzet və jurnalların redaksiya əməkdaşlarının dəyişdirilməsi RPYAnı, onun mövqeyini dəstəkləyən yazıçı və tənqidçiləri təşkilatdan pərənpərən salmaq deməkdir. Dövlət maşınının timsalında dəyirman, necə deyərlər, öz işində idi, çakçuku sadəcə baş ağrıdırdı. Yazıçılar İttifaqı ideyasını toptüfənglə qarşılayıb Mərkəzi Komitəyə etiraz məktubları yazanlar sonradan sözlərini geri götürdüklərini yazılı bəyan edirdilər. 1932ci il may ayının 11də Stalin və Kaqanoviçin imzası ilə Siyasi Büroya göndərilən məlumatla tanış olmaq yerinə düşərdi:
   
   "Yoldaş Fadeyev, Kirşon, Averbax, Şoloxov, Makaryevin öz səhvlərini etiraf edib, ərizələrini geri götürmələri ilə əlaqədar məsələ bitmiş hesab edilsin."
   
   Bu məlumat əsasında bir gün sonra Siyasi Büro müvafiq qərar da qəbul edir. 1932ci ilin sentyabr ayının 27də müəyyən edilir ki, 1933cü ilin may ayında Sovet Yazıçılarının I ?mumittifaq qurultayı çağırılsın. Mart ayının 16da İvan Qronski qurultaya hazırlıqla əlaqədar rəhbərliyə arayış hazırlayır. Martın 22də ən yüksək səviyyədə təsdiqlənən qərara əsasən Qurultayın açılışı iyunun 20nə təyin olunur. 1933cü ildə həmişəlik vətənə qayıdandan sonra təşkilat komitəsinə rəhbərlik etmək bilavasitə Qorkiyə həvalə olunur. Onun yüksək təşkilatçılıq bacarığının özəl xüsusiyyətləri var idi: istedadlı adamları ətrafına yığmağı, səfərbər etməyi, hərəyə bildiyi işi tapşırmağı bacarardı. Qorki istəyirdi ki, ziyalılığı ilə fərqlənən istedadlı adamları birbir tapıb üzə çıxarsın. Çünki proletar, yaxud muzdur mənşəyini gözə soxaraq qələmə sarılanlar ədəbiyyata həqiqətən xidmət edənlərin yolunda böyük əngələ çevrilirdi. Yeni yaranacaq təşkilata yazıçıların ölkə miqyaslı kolxozu kimi baxanlar da vardı. Fəqət yazıçıların məclisi bu dəfə də deyilən tarixdə baş tutmadı.
   
    1934cü il iyun ayının 15də ?KP(b) MK Siyası Bürosunun qərarı ilə Qurultayın açılışı avqust ayının 15nə müəyyən edilir. İttifaqın rəhbər orqanlarında təmsil olunacağı nəzərdə tutulan namizədlər Qorkini qane etmirdi. Stalinə ünvanladığı məktubda gileylənirdi ki, Təşkilat komitəsində kommunist fraksiyasını təmsil edən yazıçılar ədəbi mühitdə kifayət qədər nüfuza malik deyillər. Qeyd edirdi ki, yazıçılar arasında qruplaşmalara səbəb meşşanlıq, nadanlıq hallarıdır. Son vaxtlar bəzi məsul vəzifə sahiblərinin ayrıseçkiliyi nəticəsində ərköyün, əzizxələf yazarların peyda olması onu narahat edirdi. Çünki, belələri ətrafına özlərindən daha zəif, istedadsız və səviyyəsiz adamları toplayıb, dəstəbazlıqla məşğul olurldular. Nəticədə Krılovun məşhur təmsilində olduğu kimi, hərə arabanı bir tərəfə çəkirdi.
   
    Nəhayət 1934cü ilin avqustun 17də Moskvada İttifaqlar evinin Sütunlu zalında Sovet Yazıçılarının I ?mumittifaq qurultayı öz işinə başladı. İki həftə davam edən Alı məclisə ölkənin hər yerindən 582 nümayəndə seçilmişdi. Nümayəndələrin milli tərkibi nəzər salmaq pis olmazdı: 201 nəfər rus, 113 nəfər yəhudi, 28 nəfər gürcü, 25 nəfər ukraynalı, 19 erməni, 19 tatar, 17 belorus, 12 özbək. Bundan başqa 43 millət təktük nümayəndə ilə təmsil olunurdu. Maraqlıdır ki, janrlar üzrə də statistik hesabat aparılmışdı. Nasirlər 32,9%, şairlər 19,2%, tənqidçilər 12,7%, dramaturqlar 4,7%, uşaq yazıçıları 1,3%, jurnalistlər 1,8% təşkil edirdi. Nümayəndələrin 60%dən çoxu kommunist və komsomolçular idi. Xarici ölkələrdən xeyli sayda qonaq dəvət olunmuşdu.
   
    Səhnədə Stalin yoldaşın şəkli ilə yanaşı, Maksim Qorkinin də portreti asılmışdı. Qurultayı giriş sözü ilə əvvəlcədən nəzərdə tutulduğu kimi, Aleksey Maksimoviç açdı. Partiya və hökumət adından təbrik üçün söz ?KP(b) MKnın katibi A.Jdanova verildi. Əsas məruzəçi isə günün qəhrəmanı Maksim Qorki idi. Uşaq ədəbiyyatı üzrə məruzə Samuel Marşaka tapşırılmışdı. Ardınca Ukrayna, Belorusiya, Gürcüstan, Ermənistan, Azərbaycan, Türkmənistan və Tacikistan nümayəndələrinin milli respublikalarda gedən ədəbi proseslər barədə məruzələri dinlənildi. Karl Radek müasir dünya ədəbiyyatı və proletar incəsənətinin vəzifələri mövzusunda danışdı. Dramaturgiya sahəsində əsas məruzəçi Baleri Kirpotinlə yanaşı, Nikolay Poqodin, Vladimir Kirşon və Aleksey Tolstoyun həmməruzəçi kimi çıxış etməsi bir daha göstərdi ki, Kreml dramaturgiyanın inkişafını diqqət mərkəzində saxlayır. Poeziya və SSRİdə poetik yaradıcılığın vəzifələri haqda məruzə üçün söz Nikolay Buxarinə verildi.Qurultayın günlərlə davam edən iclaslarında digər məruzələr, çoxsaylı çıxışlar səsləndi, işgüzar müzakirələr aparıldı.
   
    Müxtəlif xalqların nümayəndələri paytaxtda toplaşıb ədəbi proseslərə partiya nəzarətini təmin edəcək yeni strukturun yaradılmasına səs verdi. Qələm əhlini bir araya yığan Qurultaya hazırlıq, onun gedişi, nəticələri xeyli müddət kütləvi informasiya vasitələrinin baş mövzusuna çevrilmişdi. Sovet xalqı həmin günlərdə böyük ruh yüksəkliyi ilə bu hadisəni ədəbiyyat bayramı kimi qeyd edirdi. Qurultaya dəvət olunanlar arasında fəhləkəndli, hərbçi, tələbəşagird, elmsənət aramları, bir sözlə cəmiyyətin bütün təbəqələrini, istehsalatın ayrıayrı sahələrini təmsil edən insanlar vardı. Çıxışlara arabir fasilə veriləndə salonda əmək kollektivlərinin qabaqcadan hazırlanmış təbrikləri səslənirdi. Gah komsomolçular, gah qırmızı qalstuklu pionerlər musiqinin sədaları altında salona daxil olub Qurultay iştirakçılarını salamlayırdılar. Soldat və matroslar da uzunboğaz çəkmələrini yerə bərkbərk vurub emosional şüarlar səsləndirərək salonu lərzəyə gətirirdi. Hər çıxışda yazıçılardan sosializmin təntənəsini nümayiş etdirən yeni əsərlər gözlənildiyi vurğulanırdı. İçəridə elə abıhava yaradılmışdı ki, sanki sovet xalqının havadan, sudan, çörəkdən daha vacib tələbatı məhz bədii əsərlərdir. Bütün ölkə yazıçılarını birləşdirmək vəzifəsi buna görə gündəmdə idi. Ustalıqla qurulmuş ideoloji tələyə düşən çıxışçılar xitabət kürsüsünə qalxan kimi millətə, dövlətə, şəxsən Stalin yoldaşa atalıq qayğısı üçün dərin təşəkkürlərini bildirir, sovet xalqının əmək cəbhəsində qazandığı uğrları vəsf edən yeni əsərlərlə vətən, partiya qarşısında borclarını yerinə yetirəcəklərinə söz verirdilər. Qorkinin məruzəsindən sonra Vladimir Luqovskoy Qurultay nümayəndələri adından Stalin yoldaşa təbrik məktubu göndərməyi təklif etdi. Təklif yekdilliklə qəbul olunan kimi şair xüsusi pafosla salondakıları hazırlanan mətnlə tanış etdi. Əziz İosif Vissarionoviçə bildirilirdi ki, yazıçıların silahı sözdür. Bu gündən bu silah fəhlə sinfinin mübarizə arsenalına daxil edilir. Yazıçılar başa düşür ki, sosializm qurucularını tərbiyə edən, milyonların qəlbində ruh yüksəkliyi, sabaha inam hissi oyadan əsərlər yaratmaq zamanın tələbidir. Yeni sənət əsərlərinin ölkə daxilində, eləcə də xaricdə fəhlə sinfinin əlində etibarlı silah olmasına çalışacaqlarını, inqilabı ədəbiyyatın yaranmasında fəal iştirak edəcəklərini rəhbərin diqqətinə çatdırırdılar. Bu tarixi gündə onun timsalında hər zaman öz böyük müəllimlərini və yaxın dostlarını gördüklərini bir daha bəyan edib, bütün xalqların dilində səslənən ən əziz və doğma sözləri, saf diləkləri, müqəddəs hissləri ona ünvanlayırdılar. Sadəlik, müdriklik, bütövlük kimi əsl bolşevik keyfiyyətlərini özündə birləşdirən, dahiyanə uzaqgörənliklə kommunist partiyasını, SSRİ xalqlarını, eləcə də dünya proletariatını son qələbəyə doğru aparan əziz və doğma insana rica edirdilər ki, onların sonsuz rəğbət, böyük məhəbbət ifadə edən salamlarını qəbul etsin. Dünya zəhmətkeşlərinin xoşbəxtliyi naminə onu yaradan fəhlə sinfinə, yetişdirən partiyaya yaşasın, eşq olsun deyirdilər. Luqovskoy sözünu bitirəndə salondakılar bir nəfər kimi ayağa qalxaraq əlləri qabar bağlayana kimi əl çaldılar. Yerdən eşidilən "yaşasın yoldaş Stalin, urra!" nidasına səs verib bu fikirlə həmrəy olduqlarını nümayiş etdirərkən daha da fəallaşdılar. Ulu tarix üçün zərrəcik olan 75 il öncəki zaman kəsiyində baş verənlərə bu günün gözüylə nəzər salanda bəzən adamı xəcalət təri bürüyür, az qalır ət töksün. Amma, 1934cü ilin avqustunda Moskvanın İttifaqlar evinin sütunlu zalında hökm sürən abıhava, nümayəndələrin əhvalruhiyyəsi, həyata baxışı, anlayışı, sabaha ümidi, inamı tam başqa idi. O mühitdə, o şəraitdə, o insanların əhatəsində indi mənim kimi düşünənin...
   
   
   
   
   
   ( ardı var )
   
   

TƏQVİM / ARXİV