Hərdən mənə elə gəlir ki, gün 24 saatdan ibarət deyil, gün deyəndə mən sutkanı nəzərdə tuturam. Çünki həyatın elə məqamları, elə nöqtələri olur ki, orda gecə ilə gündüz birləşir, qol-boyun olur. Və onun bir-birindən heç bir formada, heç bir təsirlə, heç bir güc tətbiq etməklə ayırmaq mümkün olmur. Və sənə elə gəlir ki, bu gecəylə-gündüz məhz sənin üçün bir gündü. Amma baxır o günün uzunluğuna. Çünki ağrıyla-acıyla, qayğılarla yüklənəndə gün səni o qədər sıxır, o qədər təntidir ki, artıq cana doyursan. Günün nə vaxt axşam olacağına, nə vaxt batacağına doğru can atırsan, səbirsizləşirsən. Az qala hər şeyi vurub dağıtmaq, hər kəsin qanını qaraltmaq istəyirsən.
Gün səni sıxır, dəyirman daşı kimi üyüdür. Canın xirtdəyində gəlib dayanır, nəfəsin təngiyir. Bax onda əvvəldə dediyim həmin o günün 24 saatdan ibarət olması fikri sənə inandırıcı gəlmir. Az qala havalanırsan, az qala dəli olursan. Tanrıya yalvarırsan ki, nə olar bütün bu əzablar bu bir günün müsibəti, məhşər ayağı bitsin-tükənsin. Amma yalvarmaqla, dua etməklə deyil ki. O saat andırın əqrəbləri öz bildiyini edir. Onun "çıq-çıq"ı əsəblərini ayağa qaldırır və...
Mən belə günləri çox yaşayıram, özü də bu məndən asılı deyil. Doğrudur deyirlər ki, meymunu yadına salma, amma neyləyim ki, meymunu yadıma salmasam da meymun özü istənilən formada, lap elə banan formasında da gəlib durur gözümün qarşısında. Maşallah, şəhərimizin də bütün ticarət köşklərində banan səliqəli-səliqəli asılıb, düzülüb. Hətta metrolara da yol tapıbdı bananlar. İndi belə olan halda meymunu necə unutmaq olar. Nə isə...
Bəli, məşhur bir əsər var, yəqin ki oxumusunuz: "Əsrə bərabər gün". İndi mən oturub öz dünyamla çəkişdiyim, dartışdığım bir anda günün əsrdən də uzun olduğunu dərk etməyə başlayıram, çünki bu gündə sən yoxsan, məndən çox-çox uzaqdasan. Bu gündə dostlarım da yoxdu, onlar da məndən çox-çox uzaqlardadı. Bir az dərinə getsək, bu gündə heç mənim özüm də yoxam. Çünki sən olmayan yerdə, dostlarım olmayan yerdə mənim nə ölümüm var ki?
Başqalarını deyə bilmərəm, mən özümü o yerdə, o məkanda, o məclisdə, hətta o hüzr yerində rahat hiss edirəm ki, orda mənim duyduqlarım və məni duyanlar heç olmasa xəyalən iştirak edirlər. Yanımda olanlar güvəncimi artırır, fikrimi bölüşür, xəyalımdakılar ruhumu çəkib aparır, qanadlandırır məni. Və beləcə həmin o gün mənim üçün o qədər qısa, lakin o qədər mənalı olur ki, onda da əsəbləşirəm. Dəliliyə bax ey. Gün nə tez ötüb getdi. Bu saat andırın əqrəbləri necə qovdu bir-birini, xəbərim olmadı. İlahi, sən özün mənə kömək ol. Az qala dəli olmaq həddinə gəlib çatıram. Bu günün, saatın ölçülərini müəyyənləşdirməkdə. Bəzən əqrəblərindən daş asılır, bəzən də ildırım sürətilə səsdən də, işıqdan da sürətli ötüb gedir. Və:
Tək səbir kimi
aldı başımın üstünü
aramıza düşən
və düşdüyü yerdə də
bizə turp eşən
uzun bir gün...
saat da
ağırayaq oldu,
söz də...
davranış da...
hətta
çevrəmdən bir qarış
uzaqlaşmayan
dost-tanış da...
nə yaman güclüymüş
görüşə bilmədiyimiz
bu uzun gün
mən indi halsız, üzgün
götür-qoy edib
bir daha inandım ki,
həsrətə
açıq-aşkar
uduzmuşam
həmin gün!