adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Fevral 2015 14:03
25467
AVTOMABİL
A- A+

Avropa Oyunlarına görə vahid sürücü geyimi hazırlanır

"Bakı-2015” ilk Avropa Oyunları ilə əlaqədar sərnişin avtobusu və taksi sürücülərinin vahid geyim formalarının nümunələri hazırlanıb. Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin səlahiyyətli nümayəndəsi Əmrah Cəfərovun anspress-ə verdiyi məlumata görə, sürücülərin vahid geyim formalarının bir neçə nümunəsi Olimpiya Komitəsinə təqdim olunub: "Komitədə nazirliyimizin nümayəndəsi də təmsil olunur. Hazırda onların seçilməsi prosesi gedir. Bir neçə nümunədən seçim etmişik və ən yaxşılarını Olimpiya Komitəsinə təqdim etmişik. Düşünürəm ki, bu formalar qəbul olunacaq, çünki görünüş və keyfiyyət cəhətdən yaxşıdır. Komitə tərəfindən qəbul olunduqdan sonra sürücülərin vahid geyim formalarının sifarişini verəcəyik".