adalet.az header logo
  • Bakı 18°C

"TALELƏR DÜNYASI"

ƏBÜLFƏT MƏDƏTOĞLU
17556 | 2015-02-04 15:46

Camal Zeynaloğlununkitabı barəsində biri neçə söz

İki aya yaxındırki, yazı masamın üzərində bir çanta var. Bu çantada mənə çox dəyərli hədiyyəgöndərilib. Həmin hədiyyələr bir neçə kitabdı. Bu kitabların müəllifi də şəxsiyyətinivə qələmini çox böyük sayğı ilə özümə doğma bilib qiymətləndirdiyim CamalZeynaloğludu. Etiraf edim ki, bu gün mən öz kitab rəfimi daha çox dostlarınaftoqraflarla, bağışladıqları kitablarla zənginləşdirirəm. Bax, həmin dostlarınvə kitabların sırasında Camal Zeynaloğlunun da ayırca yeri var. Burda onu daetiraf edim ki, mən Camal dostumun dövrü mətbuatda çap olunmuş yazılarını dahaçox oxumuşdum. Və onun mənim kitab rəfimdə aftoqrafla heç bir əsəri yox idi.Birdən-birə dostumun mənim arzumu nəzərə alıb göndərdiyi kitablar mənə doğurdanda böyük hədiyyə oldu. Elə həmin o gündən də vaxt tapdıqca Camalın kitablarınıgözdən keçirməyə, oxumağa başladım...

Öncə demək olarki, əlimin alıtnda olan kitabın dördünü də vərəqlədim. Amma sonra adətim üzrədiqqətimi daha çox çəkən kitabdan başladım. Çünki bu kitabın adındakı"tale" sözü mənim üçün müəyyən nüanslarla bağlıdı və mən həmişəyazı-pozumda talelə üz-üzə dayanmağı, talelə haqq-hesab çəkməyi daxilən istəmişəmvə buna da çalışmışam. Amma neyləyim ki, tale həmişə güclü olubdu. Çünki onun kürəyində Tanrının əlim var. Yazan, sözsahibi Tanrıdı...

Bax, bu dediyim məqama söykənib talelər dünyasıkitabını oxumağa başladım. Bəri başdan deyim ki, kitabda verilmiş hekayə və esselər ilk baxışdan bir-birinə çoxbənzəyir. Çünki bu kitabdakı qəhrəmanların hamısı, eləcə də həmin qəhrəmanlarınyaşadıqları, şahidi olduqları, iştirak etdikləri hadisələr, mənzərələr deməkolar ki, hər gün görüb eşitdiyimiz hadisələrin az qala təkrarıdı. Yəni müəllifinözünün də vurğuladığı kimi, bu həyat hekayələri demək olar ki, hər kəsin başınagələ bilən bir gerçəklikdi. İstər nakam məhəbbət olsun, istər quru böhtana düşmək,istər ailə xəyanəti, istər kiminsə evini yıxmaq, haqqını tapdamaq üçün atılanaddımlar, gösitərilən cəhdlər… Bütün bunlar yenə də deyirəm, həyatımızın özüdü.Ona görə də bu kitabdakı hekayələri mən nağıldan çox söhbətə bənzətdim. Mənə eləgəldi ki, müəllif bu hekayələri mənimlə çay süfrəsi arxasında üzbəüz əyləşib mənədanışır. Və mən də onun söhbətinin qanadlarında az qala eşitdikləriminiştirakçısına çevrilirəm. Və gözümün qarşısına orta məktəb, kənd həyatı, ilkgörüşlər, tələbəlik illəri, daha nələr, daha nələr gəlir...

Hətta hərdən mənəelə gəlir ki, Camal Zeynaloğlunun yazaçı qələmiylə mənə söylədiklərinin hardasaşahidi də olmuşam. Odur ki, mən hərdən hekayənin müəyyən bir yerində, kitabınmüəyyən bir səhifəsində dayanıb bir anlıq düşünürəm, bu söhbət, bu epizodtanıdığım, bildiyim adamlardan kimlərin başına gəlib? Kimlərin həyat hekayələriilə oxşarlıq, eynilik təşkil edir?..

Düşünürəm ki,yazıçının uğuru təkcə təsvirdə yox, həm də təqdimatdadı. Çünki istənilən mənzərənirəssam fırçasıyla təsvir etmək olar. Ancaq onun hər kəsin qəbul edə biləcəyi, hərkəsin dinləmək istəyəcəyi dildə danışmaqartıq peşəkrlıqdı, oxucunun qəbinə yol tapmaqdı. Təbii ki, indi barəsindədanışdığım kitabda məhz bu məqam, bu üslub üstünlük təşkil edir. Yəni həyathekayələrinin hər birində aydınca hiss olunur ki, müəllif öz hekayələrini, yəniözünün həyatdan götürdüyü hekayələri bu həyatın adamlarına həm səmimi, həm dəinandırıcı bir şəkildə danışır. Və biz də onu oxuyub söylənilən hekayənin həqiqətiniqəbul edirik. Çünki bu hekayə əvvəldə də deymildiyi kimi, həyatımızın"şinelindən" çıxır, ordan boy göstərir. Mən böyük maraqla oxuduğum"Talelər dünyası" adlı kitabın birinci hisəsində qəhrəmanlarınadlarını da çəkmək istəyirdim. Ədaləti, Solmazı, həmçinin Sevinci, Rəmanı,Vaqif müəllimi, Rəşidi, eləcə də digərlərini. Amma fikirləşdim ki, qəhrəmanlarınadlarını çəkib onların həyat hekayələrini bir-bir təhlil etməmək hardasa günahola bilər. Ona görə də bu kitabın qəhrəmanlarıilə, ordakı həyat hekayələri ilə oxucuların baş-başa qalmasını daha doğru seçimsaydım. Düşündüm ki, bu daha ədalətli qərar olar. Ən azından mənim bu hekayələrioxuyarkən yaşadıqlarımı, düşündüklərimi digər oxucular da bu və ya digərformada yaşayar və düşünər...

O ki, qaldıesselərə… Bu esselərin hər birində şeirlən, poeziyadan gələn bir hava var, birritm var. Ona görə də həmin esselərin hər birində insanın içini dilləndirən duyğularşəxsən bir oxucu kimi məni öz aurasına alır. Və elə bilirəm ki, mən də "Səngedəni", "Həsrət"in yaxasından tutub "Sənsizəm" deyə-deyə"Yuxularına gələcəyəm". Onda "Şəhid anası" barəsində dədanışarıq. Yəqin ki, esselərin adları sizə mənim demək istədiklərimi də, müəllifinqələmə aldıqlarını da az-çox anlatdı. O ki, qaldı onları bütünlüklə duymağa,onda Camal Zeynaloğlunun "Talelər dünyası" adlı kitabını alıb oxuyun.



TƏQVİM / ARXİV