ÇİÇƏK TAPA BİLMƏDİM...

İRADƏ TUNCAY
70462 | 2019-02-05 09:52

Elə adamlar var ki, onlar qocalmırlar, həmişə cavandılar… Elə yazılar davar ki, onlar da həmişə oxunur… Bax, illərin sürətinə nə qədər qoşulmağaçalışsaq da illər bizi qabaqlayır və bizi həmin o həmişə cavanların yanına, həmişəoxunan yazıların əhatə dairəsinə aparır. Onlardan biri də qocalmayan vəbarəsində həmişə cavanlıq sevgisi ilə yazılan yazıların qəhrəmanı olan PoladBülbüloğludur…

Bu yazı da onlardan biridi.


Mən qurdkimi gəmirərdim bürokratizmi, mandatlara qarşı yoxdu hörmətim...

Təbii ki, orijinalda gözəl səslənir. Niyə bu misralarıxatırladım... Demək istəyirdim ki, vəzifəli adamlardan zəndeyi-zəhləm gedir.Onların ədalarını, iddialarını həzm edə bilmirəm. Bugünki qəhrəmanım davəzifəlidi - amma burda istisna durumu var. Mən onu uşaqlıqdan sevirəm.Uşaqlığım deyəndə də Şüvəlanda Yazıçıların Yaradacılıq evini xatırlayıram vəorada maqnitofonda bütün günü fırladılan mahnıları xatırlayıram. Bir dəyadımdadı, bizdən bir 10-12 yaş böyük bir qız vardı, bu mahnılara qulaq asıbağlayırdı və böyüklər pıçıldaşırdılar ki, qızın başı xarab olub, "onavlyubilas v Polada". O vaxt çox populyar olan rus mahnısı da vardı -Saulskinin "Çernıy kot" mahnısı. İndiki dillə desək, xit, şlyager."Çernıy kot"u qoyum o bəyaz günlərdə - bax o vaxtdan Polad mənimhəyatıma daxil olub. Bir az böyüyəndən sonra "ya toje vlyubilas vneqo".

İndi də Poladın mahnılarına qulaq asanda bütün varlığımısaran nostaljidən qurtula bilmirəm. Və düşünürəm ki, dünyada kabinetdən,katibədən, kreslodan çox-çox önəmli şeylər var. Sənət, yaradıcılıq, tamaşaçıalqışı. Yalandan, nəyə görəsə, kiməsə tərif vurmaq olur, amma ürəyininqapılarını açıb hər kəsi ora buraxmaq olmur. Olmur!

İndi 65 yaşını qeyd eləyən vəzifəli Polad Bülbüloğlu mənimüçün həmişə o yaraşıqlı, şıq geyimli, sevimli Poladdı.

10 il əvvəl 55 yaşının ərəfəsində, hələ mədəniyyət naziriykəngörüşüb söhbətləşmişdik. Uzun fasilədən sonra yenidən yazı-pozuya qayıdırdım vəobyektim nə az, nə çox nazir idi, həm də elə-belə nazir yox, mədəniyyət naziriidi, həm də elə-belə mədəniyyət naziri yox, Polad Bülbüloğlu idi.

Görüşə gedəndə xəyalımda yaratdığım sevimli obrazındağılacağından çox qorxurdum. Yəni əvvəldə qeyd etdiyim vəzifə ədasını nahaqdanxatırlatmamışdım. Amma əbəs yerə - qarşımda görmək istədiyimi gördüm. Və ondansonra müxtəlif vəsilələrlə dəfələrlə görüşdük, telefon söhbətlərimiz oldu.Hətta bir dəfə telefonda səsini tanımamışdım, o da zarafatla "koqda to mneplatili za etot qolos, a teper ne uznayut" demişdi. Televiziyaya qayıdandada ilk müsahiblərimdən biri oldu - Nazim Hikmətin 100 illiyi ərəfəsində burdakeçiriləcək tədbirlərdən danışdıq. Yeri gəlmişkən, işlədiyim həmin o TVkanalında rəhbərlik dəyişəndə - (Poladı çox "sevən" birisinigətirmişdilər vəzifəyə) - mənim filmimin başlığında ( TV- dilində şapkasında)Poladın iki saniyəlik görüntüsünü çıxarmışdılar. İki saniyəlik görüntüyə görəbir saatlıq filmi bərbad eləmişdilər. Ay Allah, bizim bu bürokrat sistemində nəqədər yelli-belli dəlilər var. Və onlar bu gün bizim nəyə baxacağımızı müəyyənedirlər. Nə isə...

Polad Moskvaya gedəndə burda verdiyi sonuncu müsahibələrininbirində gözəl bir söz demişdi:

"Mən gedirəm, amma mən gedəndən sonra nə kimsəcavanlaşmayacaq, nə səsi gurlaşmayacaq, nə də istedadı artmayacaq".Poladdan narazılar yenə narazıdılar, heç nə dəyişməyib. Heç nə dəyişməyibsə,mən də 10 il əvvəlki söhbətimizi sizə təqdim etmək istəyirəm. Dəyişən odur ki,o vaxt nazir idi, indi səfirdi. Ancaq söhbətimizin məzmunu daha çox dəyişməyənPolad haqqında idi. 10 il əvvəlki müsahibə və...



FOREVER POLAD!


***

Bülbülün oğlu Polad. Bir tərəfdə xalq mahnılarının, vokalpartiyaların əvəzsiz ifaçısı, bir tərəfdə tamam başqa janrlarla 250 milyonəhalisi olan Sovetlər İttifaqının hər bir kiçik guşəsində də tanınan və sevilənbir sənətçi. Bir tərəfdə ölümündən qırx ilə yaxın vaxt keçsə də xatırlanan,yaddaşlarda qalan Bülbül. Bir tərəfdə də səhnədə olduğu otuz beş ilə yaxınmüddətdə yazdığı musiqilərlə hələ də populyar olan, bu gün də alqışlanan Polad.Bu musiqilər məndə indi də qəribə nostalgiya hisləri doğurur. Dinlərkəntələbəlik illərimi, ilk gəncliyimi, Bakının gözəl vaxtlarını xatırlayıram. Və maraqlısıbudur ki, bu günün gəncləri də bu musiqilərə eyni həvəs və şövqlə qulaqasırlar...

Bülbülün oğlu Polad. Bəstəkar və müğənni. Milyonlarıcazibəsində saxlayan yaraşıqlı cavan oğlan. Və bu gün on ildən artıq birmüddətdə Azərbaycan Respublikasının mədəniyyət naziri olan Polad Bülbüloğlu.Yadımdadı ki, televiziyada işlədiyim illərdə Polad Bülbüloğlu nazir olduğu üçünteleviziya və radioda bütün fonoqramlarına qadağa qoymuşdu. Yəni bumusiqilərdən istifadə etməyə icazə vermirdi. Nazir kimi təvazökarlıq edirdi,amma biz televiziya işçiləri bəzən bu qadağaları pozurduq və lazım olanmahnılardan istifadə edirdik. Və tamaşaçı da bundan ancaq udurdu...

Adı mətbuatda çox hallandırılan hökumət üzvlərindəndir.Haqlı-haqsız barəsində çox yazılar çıxır. Mətbuatdan incik adamla mətbuatnümayəndəsinin söhbəti heç də asan görünməsin. Ona görə də nazir PoladBülbüloğlu ilə yox, müğənni və bəstəkar Poladla söhbətə başlayıram.

- Uzaqdan hamıya asan görünən yaradıcılıq yolunun başlanğıcınecə olub? Atası vəfat edəndə on altı yaşında uşaq olan, sonra bu"aldım-satdım, təmənna" dünyasında təkbaşına, arxasız necə duruşgətirib?

-İllər keçdikcə, yaşlandıqca başa düşürəm ki, ən xoşbəxtvaxtlarım atamla birlikdə keçirdiyim günlər olub, əlimdən tutub gəzməyəapardığı günlər olub. Ömrünün axırıncı üç ilini konsertlərdə mən pianoda onumüşayiət edirdim, qastrollara birlikdə gedirdik. Qulluğunda mən dururdum,tərləyəndə köynəyini dəyişirdim, qalstukunu düzəldirdim, kostyumunu ütüləyirdim- yəni təbii ata-oğul münasibəti. Amma aramızdakı yaş fərqinə baxmayaraq, bu,birgə yaradıcılıq işi idi və tez-tez mübahisə edirdik. Evdə məşq edəndə atammənə irad tuturdu ki, nəyisə düz çalmadın, nəyisə düz eləmədin. Mən də deyirdimki, bax, burda belə yazılıb, amma sən başqa cür oxuyursan. Təbii ki, o,təcrübəli olduğu üçün mübahisə onun xeyirinə bitirdi. Çox mehriban adam idi.Yadıma gəlmir ki, bizim evə kimsə gəlsin, yemədən-içmədən getsin. Lap poçtalyonda gəlsə, bir stəkan çay içirdikdən sonra yola salırdı. Evin, ailənin bütünproblemlərini özü həll edirdi.

- Yəni bazarlığı da Bülbül edirdi?

- Bəli, bazarlığı da özü edirdi - həm də xoşlayırdı bazarlıqeləməyi. Bazara gedəndə əvvəlcə bir-iki dövrə vururdu, hər şeyə baxırdı. Sonraseçib ən gözəl meyvələri alırdı. Xoşlayırdı ki, anam onun bazarlığınıtərifləsin. Bazarda da hamı tanıyırdı, çox hörmətlə müraciət edirdilər,yaxınlaşıb söhbət edirdilər. Bir dəfə meyvə alanda atam satıcıya üç kilonunpulunu verdi və başı yanındakı adamla söhbətə qarışdı. Mən gördüm ki, satıcıiki kiloluq daşı qoyub meyvəni çəkir. Mən başladım atamın pencəyini dartıbişarə eləməyə. Çöndü məni sakitləşdirdi. Bazardan çıxanda dedim ki, ay papa, üçkilonun pulunu verdin, görmədin səni aldatdı? Atam da dedi ki, ay oğul, mənialdatmasın, bəs kimi aldatsın?

Həmişə deyirdi ki, "mən istəyirəm sən musiqinin necəyarandığını öyrənəsən, bəstəkar olasan. Oxumağı mən sənə səsin olmasa daöyrədərəm". Qismət olmadı.

Sonralar mən konservatoriyada oxuyanda Qara Qarayev mənədanışdı ki, atam ölümündən bir az əvvəl xahiş edibmiş ki, ona bir şey olsa QaraQarayev Polada arxa dursun. Poladın bəstəkar olmağına kömək eləsin.

Atamın ölümündən sonra həyatla üzbəüz qaldıq. Anam ev xanımıidi, öyrəşmişdi ki, hər şey ilə atam məşğul olsun, qazansın-gətirsin. Maddi vəmənəvi çətinliklər başladı. Həmişə qonaqlı-qaralı, haylı-küylü evimizbirdən-birə boşaldı. Telefon susdu. 1961-ci ilin sentyabrında atam vəfat etdi.1961-dən 1962-yə keçən yeni il gecəsi bizə cəmi iki-üç adam zəng edib yad elədi.İnsanların soyuqluğu o qədər pis təsir elədi ki, biz də gecəynən oturduq maşına- anam, qardaşım və mən getdik atamın qəbri üstə...

(Ay gidi dünya, vəfasız insanlar. Amma bir neçə ildən sonrahəmin bu unudulmuş ailənin başqa bir üzvü hamıya öz varlığını xatırlatdı.Salonlar alqışlardan titrədi, sevgi-məhəbbət seli, gül-çiçək yağışı başladı.Cəmi bir neçə ildən sonra. Amma ona qədər Qara Qarayevin tələbəsi Poladvardı...)

- Mən xoşbəxt adamam ki, Qara Qarayev kimi bir nəhəngintələbəsi olmuşam. Bəzən gözəl bir bəstəkar yaxşı musiqiçi olmur, bəzən də gözəlmusiqiçidi, amma bəstəkar deyil. Qara Qarayevdə bu iki anlayış birləşirdi -musiqiçi və bəstəkar. Bu da bir Allah vergisidir. O musiqi haqqında bildiyi hərşeyi tələbələrinə öyrədirdi.

(Qara Qarayevin həmsöhbəti olduğum bütün tələbələrininürəyində bu böyük insanın işıqlı xatirələri yaşayır və maraqlıdır ki, bu günonun tələbələri arasında qatı müxalifətçi və sırf iqtidar tərəfdarları var. Buideoloji mübarizədə musiqi nə qazanır, nə itirir?)

- Pasportunuza familiyanız Bülbüloğlu yazılıb?

- 1962-ci ildə pasport alanda Bülbüloğlu yazdırdım. Bir azkeçmiş məni çağırdılar komsomolun Mərkəzi Komitəsinə. Getdim, dedilər bu nədir,sən pantürkizmi təbliğ eləmək istəyirsən? Dedim nə pantürkizm, atamın adınıyaşatmaq istəyirəm. Təsəvvür edin ki, 60-cı illərdə 17 yaşlı bir uşaq bu barədənə bilər? Amma bu söhbətdən sonra getdim kitabxanaya, tarix kitablarınıvərəqlədim. Turançılığın da nə olduğunu öyrəndim, pantürkizmin də. Özləri məniitələdilər. Buna görə təşəkkür edirəm onlara.

- Şöhrət nə vaxt gəlib tapdı sizi?

- Şöhrət... Mən uşaqlıqdan şöhrətin içində olmuşam. Ammabilavasitə özümə aid olan şöhrət 1965-ci ildən sonra gəldi. Həmin ildə"İstintaq davam edir" filminə musiqi yazdım. Moskvanın "Dobroeutro", "Novoqodniy qoluboy oqonyok" verilişlərində çıxış etdim.Bu verilişlərdə çıxış etdiyim günün sabahı bütün ölkə məni tanıyırdı. İndiçətindi, amma o vaxt obyektivlik var idi.

- İndi çətindi? Əksinə kanalların sayı çox, harda istəyirsən,nə vaxt istəyirsən pulunu ver oxu.

- Məsələ elə puldadı da. Kimdənsə 30-40 manat borc alıbMoskvaya gedirdim, orda da sosiska yeyib dolanırdım. Amma mahnılarım xoşagəlirdi, bəyənirdilər. Efirdən əvvəl neçə instansiyalardan keçirdi, bədii şura,redkollegiya, texsovet... amma gedib dinləyiciyə çatırdı. 1966-cı ildən sonrahəyat öz axarına düşməyə başladı. Birinci valım 5 milyonluq tirajla bütün Sovetİttifaqında satıldı. 1968-ci ildə "Uşaqlığın son gecəsi" filminəmusiqi yazdım. Sonra qastrollara başladım. (Yeri gəlmişkən bu filmlərə yazılmışmahnılar çoxdan filmdən ayrılıb öz müstəqil musiqi həyatlarını yaşayırlar. Bugün də populyar və sevilən mahnılardır.)

- Yaradıcılığa başladığınız illər bütün dünyada"Bitls" qrupunun tufan qopardan illəri idi. Onların sizə təsiriolubmu?

- Əlbəttə, mən və mənim yaşıdlarımın hamısı bundan keçiblər.Mənim mahnım da var rus dilində "Vospominaniya o "Bitls". Səhveləmirəmsə, bu qrupa öz münasibətini bildirən yeganə Azərbaycan bəstəkarıyam.

-Mahnılarınızın əksəriyyətini həm rus, həm də Azərbaycandilində oxumusunuz. Evdə necə hansı dildə danışırdınız?

- Həm rus, həm də öz dilimizdə. Atamla həmişə Azərbaycandilində danışmışıq. Bir də mən uşaqlıqda yayın bir hissəsini Mərdəkanda bağdaqalırdım. Orda uşaqlarla oynaya-oynaya dili də təmiz öyrəndim, vuruşmağı daöyrəndim, söyüş söyməyi də öyrəndim, hələ desən kəllə atmağı da. Deməkistəyirəm ki, özümü müdafiə edə bilərəm. Bu böhtanları ki, mənə yağdırırlar -elə eləməsinlər ki, mən də bir gün qarabağlıları yığıb gedim, kiminsə layiqlicavabını verim.

- Qarabağlılar hakimiyyətdə deyil axı.

- Mən qarabağlıyam, özüm də hakimiyyətdəyəm.

- Bir halda ki, söhbət bura gəldi çıxdı... Mətbuatlamünasibətinizi niyə belə gərgin saxlayırsınız?

- Əvvəllər bütün qəzetlər dövlət nəzarətində olanda nadirhallarda qeyri-dəqiq informasiyalar gedirdi, yalan gedirdi. Adamlar daqəzetlərə inanırdılar...

- Ya da yalan dövlət səviyyəsində olurdu.

- O ideoloji məsələlərlə bağlı yalan idi. O vaxt əgər hərhansı bir nazir haqqında tənqidi yazı gedirdisə hamı bilirdi ki, bu nazirin"kitabı bağlanıb", onu işdən çıxardacaqlar. Tam səmimiyyətlə deyirəm,xoşa gəlmək üçün yox. Bu tabunu hörmətli prezidentimiz Heydər Əliyev yıxdı.1980-ci illərin əvvəllərində məndən əvvəl mədəniyyət naziri işləmiş - çoxgözəl, təmiz insan, ləyaqətli, yüksək səviyyəli bir ziyalı olan Zakir Bağırovhaqqında "Pravda" qəzetində tənqidi məqalə getmişdi. Onu yıxmaqistəyən bir qrup azərbaycanlı müxtəlif vasitələrlə bunu təşkil etmişdilər. Ozaman hamı elə fikirləşirdi ki, vəssalam, Zakir Bağırovu işdən çıxaracaqlar.Belə olmadı. Komissiya yaradıldı, araşdırdılar. Hər şey üzə çıxdı."Pravda" kimi bir qəzetdə material çap elətdirənlərin qərəzlimünasibəti, məqsədi aydın oldu. Zakir Bağırov düz on səkkiz il nazir işlədi.Bunu niyə xatırlatdım? İndi qəzetlər çox, hərəsinin öz sahibi və arxasındaduranı. Nə istəyirlər yazırlar, məsuliyyət də daşımırlar. Düzdü, bəzən işməhkəmələrə gedib çıxır, amma hər adamın pulu da yoxdu vəkil tutsun, məhkəməxərclərini ödəsin. Bunu da nəzərə almaq lazımdır. Hər yazılan sözün arxasındafakt durmalıdır. Bir də ki xalqın mentalitetini də nəzərə almaq lazımdır.

Bu yaxınlarda bir hörmətli sənətkarımız qəzetlərin birindəməndən şikayətlənir, Bülbülün və mənim yubileylərimizdən danışır. İşin əslibudur ki, həmin bu tarzən bir neçə il bundan əvvəl gəldi mənim yanıma dedi ki,qastrola gedirəm, tarım xarab olub, mənə tar verin. Dedim: MədəniyyətNazirliyində tar yoxdu axı. Dedi: muzeydə filankəsin tarı var, onu verin.Dedim: muzey əşyasını necə vermək olar? Sonra nəsə məsuliyyəti götürdümboynuma, muzeyin direktoruna tapşırdım tarı versinlər. O da vermək istəmirdi.Dedim ki, qastroldan qayıdan kimi gətirib qaytaracaq. O qaytaran, bu qaytaran,beş il oldu gətirmədi. Tarın sahibinin qardaşı oğlu da bizdən şikayət yazdı ki,əmimin tarı muzeydən yoxa çıxıb. Nə isə, min bir müsibətlə tarı geri gətirtdik.Kimlər bizə zəng eləmədi bu tardan ötrü...

İndi bu sözləri danışır, soruşmurlar ki, bu yaşa çatmısan,evin, maşının, geyimin-gecimin, amma tarın yoxdu? Odunçunun baltası olar,jurnalistin qələmi, sürücünün maşını və s. Muzey əşyasını sənə niyə verməliyikki? Bunu soruşmurlar, amma yazırlar ki, nazir sənətkarın tarını əlindən alıb.Başqa yazılar da eləcə. Siz bilən mətbuata necə münasibətdə olmalıyam?

- Hər halda mətbuatla yaxşı münasibətdə olan iqtidarnümayəndələri də var.

- Bir qəzet ki, adını "Bulvar" qoyub, mən onahörmət eləyə bilmərəm. Pul verib yazı yazdırmaq da mənim xasiyyətimə uyğundeyil. Yeri gəlmişkən, "Ədalət" qəzeti həmişə məni müdafiə eləyir,təşəkkürümü bildirirəm.

- Nazir olmasaydınız bu sözləri də eşitməzdiniz. Hakimiyyətdəolmaq sənət adamına nə verir? Siz onsuz da guruldayan bir adın sahibisiniz.

- İnanın ki, heç nə. Neçə illərdi yaradıcılıq da qalıb birtərəfdə. Həmişə demişəm, hər an bu kabinetdən getməyə hazıram. Mənim insanlarladaim gözəl münasibətlərim olub. Amma indi işimlə bağlı o qədər problemləryaranıb ki. Bax bu gün iki adamı işdən çıxarmağa məcbur olmuşam.

- Ümumiyyətlə, sərt adamsınız?

- Çox. Mənim sərtliyim olmasaydı, bu sistem çoxdan dağılardı.Nazirlikdə çox ciddi nizam-intizam var.

- Bəs evdə, ailədə necə?

- (Bir az fikirləşir.) Evdə də elə...

- İnanmaq olmur.

- (Gülür.)

- Özəl həyatınızı niyə belə yeddi qapı arxasındasaxlayırsınız?

- Bir halda ki özəldir, deməli, gizli qalmalıdır...

- Amma hər halda çox adama maraqlıdır.

- Oğlum Moskvada yaşayır. O da musiqiçidir. Babasının adınıdaşıyır. Teymur Bülbül. Üç yaşında bir qızım var, Leyla. Çox şirin və şeytanqızdır. Ailədə də, bütün azərbaycanlı ailədə olduğu kimi patriarxat hökm sürür.

Bu gün baş alıb gedən zövqsüzlüyə mədəniyyət nazirininmünasibətini soruşuram.

- Bu, mənim ağrılı yerimdi. Təəssüf ki, bu tendensiyaget-gedə artmaqdadır. Belə getsə bir beş-on ildən sonra gələn nəsil Baxı da,Bethoveni də, Motsartı da, heç Üzeyir Hacıbıyovu da tanımaya bilər.

- Bəs bunun qabağını kim almalıdır? Sənətin ciddi növləridövlət nəzarətində, dövlət qayğısında olmalı deyil?

- Biz çalışırıq bunun qarşısını almağa. Uşaq filarmoniyasıyaradılıb, tez-tez simfonik musiqi konsertləri təşkil olunur. Televiziyakanallarının da böyük təsir qüvvəsi var, onlar da bu prosesdə iştiraketməlidirlər. İndi çox şey Mədəniyyət Nazirliyinin tabeçiliyindən çıxıb,özəlləşdirilib. Kinonu dövlət nəzarətindən çıxardılar. Axırı nə oldu? Kinosənayemiz dağıldı. İndi yenə dövlətdən pul istəyirlər. Başqa sahələr də eləcə."Mən özüm" demək sözdə çox asandır, sonra bu sözün arxasında durmağıbacarmaq lazımdır. Bu fürsətdən istifadə edib bəzi sənətçilərimizin yadınasalmaq istəyirəm ki, Mədəniyyət Nazirliyi konsert təşkilatçısı deyil. Heç kimidə qastrola göndərmir. Bunu nəzərə alsınlar və bizdən inciməsinlər. Bununlaözəl qurumlar məşğul olur...

Uzun illər "qardaş xalqlar" birliyinin sevimlisənətkarı olub. Qəribədir ki, özbək də, yakut da, latış da, çukça da, rus daonun mahnılarını bizim sevdiyimiz kimi sevib və qəbul edib. Hansı dildə oxusada bu mahnıların Azərbaycan bəstəkarlarının yazdığı anlaşılıb. Xalq musiqisiilə estrada janrının qovşağında yaratdığı "Bayatılar", "Dilincan incidəndir", "Çiçək tapa bilmədim", "Durnalar" bugün də müasirdir, təzədir. Özü də eləcə. İllərin sığal çəkdiyi saçlarıbəyazlaşsa da otuz il əvvəlki şık geyimli, gözəl, cazibəli oğlandır. Başavurduğumuz XX əsr onların əsri olub - atanın və oğulun. XXI əsrdən nə gözləyir?

- İnanın ki, özümçün heç nə. Ancaq Qarabağ. Mən Bakıdadoğulub böyümüşəm, ömrümün çox hissəsi dünyanın müxtəlif şəhərlərindəkonsertlərdə, qastrollarda keçib. Amma görünür bu da yaşla əlaqədardır - illərkeçdikcə insan dədə-baba torpağına daha çox bağlanır. Qarabağda keçirdiyimgünlərin sayı o qədər də çox olmaya bilər. Vətəni sevmək üçün orda olmaq şərtdeyil. Amma bu dərd məni içimdən yeyir. Şuşa yuxularımdan çıxmır...

Mən tam səmimiyyətlə ürəkdən yazdığım bu yazını kiməsə xoşgəlmək üçün yazmamışam. Sevdiyim, hörmət bəslədiyim bəstəkar və müğənni üçünyazmışam. İndiyə qədər nazir kreslosunda çox adamlar oturublar. Vəzifə gəldi-gedərdi. Amma bu gözəl melodiyalarıi bizə bəxş edən Polad Bülbüloğlu var vəolacaq. Bunun üçün təşəkkürlər, Polad müəllim. Yeni mahnılar eşitmək ümidi ilə,hələlik.



***

10 il əvvəlki müsahibəsinin sonunda "Şuşa yuxularımdançıxmır" demişdi. Neçə illər sonra rəsmi şəxs qismində Şuşaya getdi. Ammabu onun ağrılarını azaltmadı yəqin ki. Şuşaya getmək heç nəyi dəyişmədi.



55 yaşını qeyd edəndə böyük səhnədə üç saatlıq konsertvermişdi, yadımdadı gül gətirən qızlara baxıb dedi: "Bakıda bu qədər gözəlqızlar var, mənimsə 55 yaşım var". Amma fikirləşirəm ki, 55-də də, elə65-də də min cavana dəyən oğlandı.

Gəncliyimizin Poladı. İndi hər yerdə o qədər gözəl-gözəlgüllər var ki, amma gəncliyimizin o ətirli çiçəkləri yoxdur. Çiçək tapabilmədim, Polad, sənə göndərəm. Təbriklərimi qəbul elə!

30.01.2010

TƏQVİM / ARXİV