Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | VƏFASIZLIQ VƏRƏMDƏN DƏ BETƏRDİR Adalet.az | VƏFASIZLIQ VƏRƏMDƏN DƏ BETƏRDİR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

VƏFASIZLIQ VƏRƏMDƏN DƏ BETƏRDİR

17576    |   2009-05-09 07:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(əvvəli ötən şənbə sayında)
   
   Herbert Uelsin o gecəki qonağı bir gecəlik kəpənək deyildi. Zəngin məşuqə kolleksiyaçısına sahib olan yorulmaz aşiq Rusiyada görüşdüyü afətin sevdasına düşən andan qalan ömür payını onunla paylaşmaq istəyirdi. O, isə heç tərəddüd etmədən birmənalı şəkildə "yox" dedi. Uelssə onun gülüşündən, işvənazından, sirli baxışlarından doymaq bilmirdi. Günlərin birində ömür kitabını yenidən vərəqləyən Uelsin təsvirinə görə, qara rəngli nimdaş paltarının üzərindən Britaniya hərbçilərinin geyindiyi xaki rəngli köhnə plaşda belə, valehedici görkəmi ilə o, diqqət çəkirdi. Əllərini plaşın gen ciblərinə salaraq, şəstlə hərəkət edib ayağını aram və inamla yerə basan bu qadın ona dünyaya meydan oxuyacaq dərəcədə güclü, onu dəyişəcək qədər qüdrətli və hökmlü görünürdü. O yazır ki, heç bilmirəm niyə, nə vaxt, necə könlüm ovsunladı və mən dəlicəsinə ona aşiq oldum... Sonralar yarı zarafat, yarı gerçək, deyəcək ki, diabet mərəzim kimi, ondan da qurtuluşum yoxdur. Ondan ağla gəlməz baş ağrıları çəkəndə yadda qalacaq bir ifadə də işlədəcək: "Mədəaltı vəzim də istədiyim kimi deyil, daima mənə problem yaradır. İndi neyləyim? Axı, onların hər ikisi mənim canımın ayrılmaz hissəsidir."
   Səhhətində kifayət qədər ciddi problemlər yaşanan "doydum" deməz aşiqin sonuncu və ömrünün sonunadək bitməyən eşq macərası bu minvalla davam etdi. Bəs, ilk məhəbbət hissi kimin vəsiləsi ilə qəlbinə dolmuşdu? Onun könül evi sahibini teztez dəyişən mehmanxana nömrəsi idi, yoxsa yeganə soltanı olan əzəmmətli eşq sarayı? Bunu bilmək üçün dağadaşa düşməyə dəyməz. Uelsin özü sağlığında başına gələn bütün əhvalatları kifayət qədər ətraflı qələmə almışdı. Amma, "Tərcümeyihal" da adları çəkilən xanımlar sağ ikən, kitabın nəşrini yasaqlamışdı. Yazılanlarla tanış olanda adama elə gəlir ki, onun təsvir etdiyi çoxsaylı məhəbbət, ehtiras dolu hekayətlər real həyatda baş verənlər deyil, yaradıcı təxəyyülünün məhsuludur. Bir ömür kitabında bu qədər sevgi payı varsa, bölgümü ədalətlə aparılmayıb, yoxsa iştah diş altında olub?
   
   * * *
   
   İlk dəfə əmisi qızı İzabella ilə evlənən 25 yaşlı gənc öz aləmində elə zənn edirdi ki, məhəbbətinə layiqincə qarşılıq verən, onun qaynar gənclik ehtirasını cilovlayıb əlində möhkəm saxlayan xanıma sahib olacaq. Fəqət toy gecəsindən sonra arzuları, ümidləri puç olan təzə bəy qanadı sınmış quşa bənzədi. Bu səbəbdən yenicə qurulan yuvasını arasıra tərk edib açıq alanlarda təkrar pərvazlanmağa çalışdı. Getgedə daha çox havalanan Uels elə qanad çalmağa başladı ki, ətrafda tük salmadığı yer tapılmadı. Ailədə erkən sönən şamın isə nə istisi qaldı, nə işığı. Nə məşuqə olaraq, nə zəka sahibi kimi onunku İzabella ilə tutmadı. Bu soyuqluğun əvvəlaxır məntiqi sonluğu olmalıydı. 1894-cü ildə onlar rəsmən boşandılar. Amma, ayrılandan düz on il sonra İzabella ikinci dəfə ailə quranda Uels elə şüvən salıb özündən çıxdı ki, gəl görəsən. Onun bütün məktublarını yandırdı, şəkillərini cırıb atdı, adını dilinə gətirmədi ki, bəlkə tamamən unuda. Heç soruşan olmadı ki, ay kişi, bu nə haldır, nə özündən çıxmısan? Boşanmaq kimin təşəbbüsü idi? Az sonra London Universitetinin kollecində oxuyan tələbənlə evlənən məgər sən deyildin?
   Uelsin ikinci ailə həyatı 32 il sürsə də əxlaq baxımından o da qüsurlu idi. Onun yazıçı kimi şöhrət tapması, böyük pullar qazanması 1895ci ildə Emmi ilə izdivacından sonra baş verdi. Necə deyərlər, təzə gəlinin ayağı sayalı oldu. Emmi Ketrin Robbins gənc və gözəl olsa da Herbertin bütün ehtiyaclarını ödəməyə onun da imkanı çatmadı. Öz aralarında belə razılığa gəldilər ki, evliliyi rəsmən saxlamaq şərti ilə Herbert şəxsi həyatında tam sərbəst qalacaq. Herbert onu nədənsə Ceyn deyə çağırırdı. Onu ilk dəfə ata eləyən də Emmi oldu. Fəqət, bir gün məlum oldu ki, o, indi də Londonda kifayət qədər tanınan ailədən çıxmış 22 yaşlı missis Emberlə yaxınlıq etməyə başlayıb. Bu mehribanlıq izsiztozsuz ötmədi. Az sonra dünyaya gələn qızcığaz AnnaCeyn çox sonralar öyrəndi ki, onun atası məşhur yazıçı Herbert Uelsdir. Onun ədəbərkan çərçivəsinə sığmayan bu və digər davranışlarıı ətrafdakıları hiddətləndirsə də, Ceyn təmkinini və abrını saxlayıb, ərinin yelbeyin hərəkətlərinə əhəmiyyət vermirdi. Çünki əmin idi ki, Uelsin bağçasında Ember adlı yeni gül vaxtsız açılıbsa, bir gün mütləq vədəsiz solacaq. Elə də oldu... Amma hər dəfə gülün biri tamam solmamış əvəzində digəri açırdı. Ətir saçan növbəti çiçəiyin adı Uest oldu.
    * * *
    Gənc jurnalist Uelsin bir əsəri haqda mətbuatda tənqidi resenziya yazmışdı. Uels məşhurlaşandan sonra adətən belə yazıları oxumazdı. 20 yaşlı Rebekkenin resenziyası ilə təsadüfən tanış olanda müəllifin mühakimələri, ifadə tərzi çox xoşuna gəldi. Ağlı savadı, dünya görüşü yaşına görə deyildi. Yaxından tanış olandan sonra onun digər qabiliyyətləri də Uelsi heyran qoydu. Belə olmasa, bərabərlikləri 10 il sürməzdi. Özündən xeyli cavan kəbinsiz qadınından bir oğlu da oldu. Adını Entoni qoydular. Amma, qəfil baş vermiş xoşagəlməz hadisə onların münasibətlərinə son qoydu. Əslində aləmi birbirinə qatan, öz həyatını da təhlükəyə salan avstiyalı Elizabet oldu. Uelsi itirəcəyindən şübhələnən qısqanc məşuqə onun Londondakı mənzilində intihar etdi. Təsadüfən hadisə yerinə özünü yetirən Ceyn ərinin əcnəbi sevgilisini ölümdən qurtardı. Məsələyə polis qarışdı, cinayət işi açıldı. Hadisənin törədilməsində şübhəli bilinən şəxslər arasında yazıçıjurnalıst Uest Rebekkanın adı daha çox hallanırdı. Uestlə Uelslin dumanlı münasibətləri daim yersiz söz söhbətlərin mövzusu idi. Danışılanlar onun yazıçı sözünü oxucu gözündə hörmətdən və kəsərdən salırdı. Bir yandan da fantastın getdikcə daha çox pozulan əsəbləri, cırtqozluğu, səbəbsiz qısqanclığı onu lap hövsələdən çıxarmışdı. Görünür taleyin oyununda bu da bir bəhanə idi ki, on illik hekayət ingilişlər demiş " happy end" lə (yaxşı sonluqla - E.B.) bitə. Abırhəyalı Ceynin solğun ailə həyatına rəng qatan iki övladının gündəlik qayğıları idi. Vaxtının bir hissəsi də ərköyün ərinin kargüzarlıq işlərini qaydaya salmağa sərf edərdi. Amma, yaşı altmışı ötsə də teztez at dəyişən bu çaparın yəhərdən düşmək niyyəti yox idi. Bəs özgə köhləninə minməkdən xüsusi zövq alan Uelsin bu dəfə bəxtinə kim yar olacaqdı? Onun Rusiyaya ikinci səfəri məhz bu dövrə təsadüf etmişdi. Bəlkə arada yaranan növbəti boşluğu doldurmaq onun gecə müsafirinə nəsib olacaqdı?
   
   * * *
   Maksim Qorkinin qonaqqaralı evində o gecə baş tutan ilk yaxınlıqdan sonra özündən 26 yaş cavan xanıma israrla evlənmək təklifi etmişdi. "Yeni sevdamı tapdım", deyə düşünsə də, gecə macərası səhər açılanda gözə görünməz oldu. Havanı qaranlıq görüb aləmə meydan oxuyan cəsarət Günəş işığında bircə anda əriyib yoxa çıxdı.Hər kəs özünü heç nə baş verməmiş kimi aparmağa çalışdı. Bəlkə doğrudan da heç nə baş verməmişdi? Ev sahibi gözünə görünənləri, ağlına gələnləri başına gələnlər kimi təsəvvür etməkdən belə qorxuya düşmüşdü. Şübhələrdən fikri dumanlanan Maksim Qorkinin imanı bir yerə getsə də, gümanı başqa səmtə üz tutmuşdu. Müsafirsə Mariyanın geniş çaplı qonaqpərvərliyindən aldığı zəngin təəssüratı xəyalına yük edib, təkrar görüşmək ümidi ilə Rusiyanı tərk etdi. Axı, bolşeviklərin xəyalları necə gerçəkləşdirdiyinin canlı şahidi olmaq üçün Lenin Herbert Uelsi on il sonra yenə dəvət Moskvaya etmişdi.
   O gündən sonra Mariya yenə də Maksim Qorkinin həm qəlbində,həm yanında, həm də xəlalında idi. Gecə dəhlizdə uzaqdan gözünə görünən kabus ona necə də Mariyanı xatırlatmışdı... Bir yandan da sağdansoldan axınaxın gələn qara buludlar Maksimin başı üzərində getdikcə daha çox sıxlaşırdı...
   
   * * *
   Qorki inqilab adından danışanlara,yaxud inqilab naminə deyilənlərə korkoranə inanmırdı. Hadisələrə mövqeyini, münasibətini bildirməkdən çəkinmirdi. O hələ də inannırdı ki, vaxtında düz sözü üzə deməklə, problemi qabartmaqla nəyisə dəyişmək olar. O, hələ də düşünürdü ki, yeni cəmiyyətdə baş verən əcayib əiyntilərin əksəriyyəti quruluşun, idarəetməçiliyin mahiyyətindən deyil, ayrıayrı işbilməz məmurların ucbatından baş verir. Buna görə mətbuatda cəsarətlə təndiqi fikirlərini yazmaqda davam edirdi. Qırmızı terrorun qurbanına çevrilən neçə günahsız yazıçını Qorki həbsdən, sürgündən, ölümdən qurtarmışdı. Bərkə düşəndə birbaş Leninə müraciət edirdi. Telefonla danışa bilməyəndə, məktub yazırdı, qəbuluna düşürdü. Tanınmış elm, ədəbiyyat, incəsənət xadimlərini ərzaqla, sənaye malları ilə təmin etmək üçün Xalq komissarlığında birbir otaqları gəzirdi, dil tökürdü,nəhayət istəyinə nail olurdu. Onun belə ictimai canfəşanlığı bəzi rəhbərləri hədsiz dərəcədə qıcıqlandırırdı. Xüsusən Petroqrad Sovetinə rəhbərlik edən Zinovyevi. Qorkinin rəhbərliyi ilə nəşr olunan "Novaya jizn" jurnalının bağlanması da təsadüfü deyildi. Bir qədər sonra "Pravda" qəzetində Maksim Qorkini əsassız tənqid atəşinə tutan məqalə dərc olundu. Guya o, imperialistlərə, xarici bankirlərə satılmışdı. Yazının altında imza olmasa da, bu kampaniyanın başında aydın məsələdir ki,şəxsən Qriqiri Yevseyeviç Zinovyevin özü dayanırdı. İş o həddə çatmışdı ki, Aleksey Maksimoviçin yazışmaları nəzarətə götürülmüşdü, hətta evində axtarış aparılmasına da göstəriş verilmişdi. Ona yaxın olan, nəşriyyat işində çalışmalarına kömək edən adamların ləkələnib tutulması planı da hazırlanırdı. Bütün bu əyintiləri görəgörə uzunboylu yazıçının fikirdən beli də əyilirdi. Görən bu dəfə mənəvi böhrandan xilasını nədə tapacaqdı?
   (ardı var)
   
   


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-10-13
2019-10-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK