adalet.az header logo
  • Bakı 16°C

DüŞMƏNLƏRiN OYUNCAğ

VƏDAT KUŞAKLI
12133 | 2009-05-18 23:34
Bakıda Neft Akademiyasında canilər önlərinə gələni öldürməyə başladı və 17 məsum insanın həyatına son verdi. Nədən?
   
   Əgər savaşda deyilsək, əgər özümüzü müdafiə halında bulunmursaq - heç bir canlının həyatına qəsd etmə haqqımız ola bilməz. Qarışqanı belə əzməyə, çöldəki çiçəklərin üstündən belə keçib getməyə haqqımız yoxdur.
   
   Bakı Neft Akademiyasına silahlı basqın edən və önlərinə çıxan 17 məsum insanı öldürənlər kimdi və bunu neyçün yapmışlar?
   
   Bəlkə gizli erməni agentləriydi onlar? Bəlkə Azərbaycana qonşu olan və ya olmayan başqa ölkələrin göndərdiyi və ya satın aldığı provakator, silahlı agent, militan şəxslərdi? Planlanan məqsəd nə ola bilər?
   
   1. Azərbaycanın Türkiyə ilə yaxınlaşmasını önləmək ola bilər.
   
   2. Azərbaycanı Türkiyə ilə düşmən hala gətirmək olar.
   
   3. Bunu hansı hiyləgər, pis niyyətli ölkə yapdısa Azərbaycanın birbaşa və ya dolayı şəkildə o ölkənin siyasətinə xidmət edər bir hala gəlməsini təmin eləyə bilər.
   
   4. Azərbaycanda xaos yaratmaq, hüzursuzluq yaymaq, hökuməti devirmək, rejimi dəyişdirmək ola bilər.
   
   Bunları təxmin etsəm də, amma kəsin bilmirəm. Azərbaycan istihbaratçıları, polisi, hakimləri, prokurorları həqiqəti mütləq öyrənəcəklər. Amma mənim qəti olaraq bildiyim həqiqətlər var. Onları ərz edirəm.
   
   1. Azərbaycan və Türkiyə bir-birinə möhtacdı. Maddi mənfəətlərdən daha artıq, mənəvi olaraq, sevgi və könül olaraq bir-birinə möhtacdı.
   
   2. Bu və ya buna bənzər sui-qəsdlərin arxasında Türkiyə və ya Azərbaycanın əsil, təmiz, mərd insanları ola bilməz. Türk türkə qıymaz. Türkün türkdən başqa dostu ola bilməz, olmamışdır, yoxdur.
   
   3. Bunu yapanlar insan da ola bilməz. Ruhlarını şeytana satmış, şeytan nökərlərindən başqa bir şey deyil onlar.
   
   4. Azərbaycan xalqı rahat olmalıdı. Əgər rahatsız, hüzursuz olarsa, bu xain sui-qəsdin pərdə arxasındakı qaranlıq gücləri sevindirmiş olar. Çünki o qaranlıq güclərin istədikləri də bu. Azərbaycan xalqı heç vəchlə buna izn verməsin.
   
   Azərbaycan polisi, prokurorluğu, güvənlik gücləri, əsgəri gərəkən tədbirləri alacaqdır, buna inanıram.
   
   Ölənlərə Allah rəhmət eləsin. Yaxınlarına və Azərbaycan xalqına başsağlığı diləyirəm, taziyələrimi bildirirəm və üzüntülərinizi paylaşıram.
   
   

TƏQVİM / ARXİV