ALTMIŞ YAŞLI CAVAN

ƏBÜLFƏT MƏDƏTOĞLU
62740 | 2015-01-31 11:40

İki gündü fikirləşirəm.Elə bilməyin ki, hansısa böyük problemi, hansısa çözülməyən bir düyünü açmaqüçün baş sındırıram. Yox, sadəcə, bugünə qədər yazdığım yazılardan fərqli biryazının həm zəhmi məni qorxudur, həm də bu yükün altından ürəyimin istədiyikimi çıxa bilib-bilməyəcəyim məni narahat edir. Düşünə bilərsəniz ki, burdakonkret yollar var. Birincisi, o yazının vərəqini qatlayıb bir kənara qoymaq,ikincisi isə bacardığın kimi, gücün çatan kimi yazmaq. Yəni üçüncü yoxdu. Məndə bilirəm bunu. Elə bildiyimə görə də o iki yolun orta xəttini tapmağaçalışıram. Elə bir xəttini ki, yazdığım bütün istəyimin ifadəsi olsun. Və birdə yazdığım həm də yaza bilmədiklərimin üzünü ağartsıng

"Ədalət"qəzetinin yaşı bəllidi. Mənim də bu qəzetdə işlədiyim tarix gün kimi aydındı.Amma bir gerçək var. O da barəsində yazacağım dostumuzun "Ədalət"qəzeti ilə bir gündə, bir tarixdə mənim yaddaşıma daxil olması, mənim həyattarixçəmdə yer tutmasıdı. Deməli, məndən bir il öncə, qəzet yaranan gündən onunyükü altına çiyin verən dostumuz elə qəzetlə birlikdə bu 26 ili bütündolanbaclardan keçib. Necə deyərlər, qəzet özünü təsdiq etdiyi kimi, o da özünütəsdiq edib. Bax, mən bu məsafəni, bu qısa zamanı (əslində heç də qısa deyil,əsrin dörddə birindən artıqdı - Ə.M.) onun ömürlüyündən götürüb bir kənaraqoyanda məlum olur ki, qəhrəmanımın cəmi-cümlətanı 34 yaşı var. Qalan 26 ili obizlə bölüşüb, "Ədalət"çilərlə paylaşıb, oxuculara bağışlayıb.Deməli, o 26 ildə mən də pay sahibiyəm, iştirakçıyam, şahidəm.

Şahid demişkən, birməqam yadıma düşür. Orijinal məqam olduğu üçün onu mütləq qeyd etməliyəm. AqilAbbas ilk dəfə millət vəkili olmaq üçün öz namizədliyini irəli sürmüşdü. Seçkigünü biz də onun yanında idik. Amma seçkiyə qədər təbliğat kampaniyasında iştirakedən "Ədalət"çilərdən biri, yəni Babək müəllim bir balaca özünüsoyuğa verdi. Onda mənim ailəm Beyləqanda, uşaq bağçasında yaşayırdı. Birtəhəronu dilə tutub axşam özüm ilə birlikdə Beyləqana apardım. Necə deyərlər,kasıbın olanından: mürəbbəli çay, kəklikotu və sairə. Gecə də mehmanxanadaelektrik peçləri və isti bir şərait. Ertəsi gün Babək müəllim necə deyərlər,top kimi bir cavan oğlan yerişiylə, cəldliyiylə dünənki ağrı-acının kürəyiniyerə vurdu və özünəməxsus bir şəkildə dedi ki, məni mürəbbəli çayla isti yataqayağa qaldırdı...

Bunu elə-beləxatırlamadım. Burda söhbət diqqətdən gedirdi. Babəkin də, elə"Ədalət"çilərin böyük əksəriyyətinin də həmişə axtardığı, soraqdaolduğu bir şey var: o da diqqətdi. Babək onda göstərilən diqqətin kiçik və ya böyükolduğunu yox, məhz göstərildiyini vurğuladı. Bu gün də o, həmin prinsiplərəsadiqdi... Bu gün də o yenə ancaq diqqəti soraqlayır, diqqəti umur, diqqətiqabardır. Zənnimcə, bu da insanlığın ən zəruri, ən vacib xüsusiyyətlərindənbiridi. Təəssüf ki, biz bir-birimizdən çox vaxt diqqəti əsirgəyirik.Etinasızlığımız göstərdiyimiz ən böyük xidməti belə kök altına salır, kölgədəqoyur. Həyat isə daha çox görünənlərlə, dəyər verilənlərlə yaşamalı olur. Nəisə...

Günlərin birində, yəni1992-ci ilin fevralında "Azərbaycan" nəşriyyatının 2-ci mərtəbəsindəyerləşən "Ədalət" qəzetinin qapısını döydüm. Və o gündən mənim"Ədalət"li günlərim başladı. Həmin o günlərin içərisində mənim"Ədalət"çilərlə də şəxsi münasibətlərim quruldu və biz bir ailəninüzvləri kimi özümüzü bir-birimizdə tamamladıq. Bu tamlığın içərisində BabəkYusifoğlunun yeri bir az fərqli idi. Çünki o, bizdən öncə bu qəzetlə, onundünyaya gəlişiylə müəyyən ilişkiləri olan əməkdaşlardan biri idi. Üstəlik də,ona xüsusi bir güvənc özünü büruzə verirdi. Şəxsən mən bunu elə ilk gündənduyub anlamışdım. Görmüşdüm ki, davranışı, əxlaqı, xüsusilə həmkarlarınayanaşması ilə digərlərindən fərqlənən bu cavan oğlan dünyanın altından,üstündən, hadisələrin gedişatından kifayət qədər məlumatlıdır. Digər tərəfdən o,özünü heç kimdən üstün tutmur, heç kimə yuxarıdan aşağı baxmır. Hansı ki, bu,bəzilərinin müəyyən jestlərində aşkar-gizli görünürdü. Bax elə onunla ilktanışlığımız da müdiri olduğu şöbədə gerçəkləşdi. Babək Yusifoğlu qəzetin ənböyük şöbəsinin, oxucularla işləyən şöbənin müdiri idi. Bir-birimizin əlinisıxanda o, gülümsəyərək adını dedi. Mən də təbii ki, təbəssümlə bildirdim ki,sizin adınız mənim üçün əzizdi. Çünki onda oğlum Babəkin 3 yaşı var idi. Qəribədə olsa bu ilıq tanışolma mərasimi bizim bugünə qədər davam edənünsiyyətimizin, səmimiyyətimizin, dostluğumuzun təkcə alt qatı deyil, həm dəbünövrəsi, özülüdü. Biz bunun üzərində yarım əsri keçmiş bir dostluğu bərqəraretmişik. Özü də bir-birini tanıyan ailələrin dostluğunu. Ona görə də yaşımızınbu çağında da o həssas məqam olan diqqəti bir-birimizdən əsirgəmirik. Həmişəgözümüz bir-birimizi axtarır. Bir balaca narahatçılığımız olanda, hansısa birproblem ortaya çıxanda öncə iş otaqlarının qapıları açılır. Əgər kimsə hansısasəbəbdən işə gəlməyibsə, onda mobil telefonlar işə düşür... Zənnimcə, bundannormal, bundan gözəl, bundan isti bir münasibəti qurmaq bəlkə də mümkün deyil.Və yaxud da qurulsa belə arxasında diqqət olmasa onu qoruyub yaşatmaq da çoxçətin olardı. Burada bir məqamı da vurğulayım...

"Ədalət"yarandığı gündən buraya kifayət qədər imzalar gəlib gedib. Onların arasındahaqq dərgahına qovuşanlar da var - ruhları şad olsun! Amma bir mütləq həqiqətvar ki, "Ədalət" öz şinelindən çıxanları unutmur - xüsusilə,Babək,Faiq. Bu adamlar köhnə qvardiyadan olduqlarından ayrılıb gedənlərinhəyatlarına, uğurlarına seviniblər. Qısqanmayıblar, gileylənməyiblər. Əksinə,vurğulayıblar ki, bizdən gedib bizi təmsil edirlər, işləri avand olsun! Hələmərhum Oqtay Salamovun sağlığında biz bu cür mövzuları tez-tez müzakirəedirdik. Və indinin özündə də Oqtayı xatırlayanda hamımız bir ağızdan rəhmətoxuyuruq. Çünki o, hər kəsi xarakterizə edə bilirdi və hər kəsin də içində özyeri vardı. Onunla Babəkin dostluğu bizimlə dostluğundan bir addım önəkeçmişdi. Hərdən zarafatla bunu işdən sonrakı nərd oyununa bağlamağaçalışırdım. Fərqin bunda olduğunu vurğulayırdım. Amma rəhmətlik Oqtay gülə-gülədeyirdi ki:

- Yox, şair, Babəkləmənimki tamam başqa məsələdi.

Soruşurdum:

- Axı nə məsələdi?

Deyirdi:

- Babək ölkənincənubunda doğulub, mən də şərqində. Ona görə də biz bir xətt üzərində qərartutmuşuq...

Təbii ki, bu bir zarafatidi. Amma o da etiraf olunmalıdı ki, Oqtay Babək müəllimin özündə,şəxsiyyətində, özünün bildiyi elə məqamları görmüşdü, duymuşdu ki, bizlər həminanda, həmin illərdə görünür bunu görüb duymamışdıq. Amma şəxsən mən son illərdəaçıq şəkildə hiss edirəm ki, Babəkin canında gendən gəlmə bir ağsaqqallıq var.O, müəyyən anları dözüb, dayanıb gözləməyi bacarır. Elə ki, kimsə həmin oqırmızı xətti keçdi, mütləq Babək öz sözünü deməlidi. Elə sözünü dediyinə görədə o, bəzən onu tanımayanlar üçün əsəbi, dözümsüz adam təsiri bağışlayır. Lakinonu yaxından tanıyanlar, elə o cümlədən də mən artıq əlimi ürəyimin üstünəqoyub deyə bilərəm ki, Babək hər kəsin yerini bildiyi kimi, hər kəsin də onunyerini bilməsini istəyən bir kişidi. Bax, indi etiraf edirəm ki, rəhmətlikOqtay bunu şəxsən məndən daha öncə görmüşdü.

Hə, yazımın elə birməqamına gəlib çatdım ki, indi mətləbi deməliyəm. Çünki bura qədər yazdıqlarımhamısı bütövlükdə "Ədalət"in, onun əməkdaşlarının, o cümlədən dəBabəkin 26 illik həyatına bir ötəri baxış idi. Amma indi bu ötəri baxışınnişangahı olan bir tarix var. O da fevral ayının 2-dir! Elə burdaca deyim ki,fevralın 2-si Azərbaycanda Gənclər Günüdü. Bax, həmin Gənclər Günü BabəkYusifoğlunun 60 yaşı tamam olur. Yubileyin həmin günə düşməsi, təsadüf etməsiməni çox şübhələndirir. Çünki 60 yaşla Gənclər Günü heç cür uyğun gəlmir.Deməli, onda belə çıxır ki, bizim Babəkin ya 16 yaşı var, ya 26, lap uzağıolsun 36. Bundan o tərəf artıq gəncliyə aid edilə bilməz. Ona görə də mən 60əvəzinə Babək Yusifoğlunun 16, sonra 26, sonra 36 yaşını təbrik etməklə deməkistəyirəm ki, 60-la bunların arasında olan rəqəm fərqini sən bizimlə -"Ədalət"çilərlə bir yerdə bölüşmüsən. Ona görə də bizim payımızaşərik olmaq yəqin ki, düz gəlməz!

Bəli, Babək müəllim, 60qapını döydü. Hələ qabaqda neçə yuvarlaq illər var. Sən o illəri dədostlarınla, ailənlə, nəvələrlə qarşılayacaqsan və o illərdə də süfrəninətrafında olmasaq da, ürəyində, yanında olacağıq. Çünki sənin ömrünün çox böyükvə gözəl payı "Ədalət"lə bağlıdı, "Ədalət"çilərlə keçibdi.Demək, sən olan yerdə "Ədalət" də, "Ədalət"çilər də olacaq.Buna tam əmin ola bilərsən. O ki, qaldı 60 yaşa...

Sənə bir dost kimi, birhəmkar kimi demək istəyirəm ki, xalq şairi Süleyman Rüstəmin 70 illiyindəsöylədiyi bir şeir hələ də yadımdadı. Süleyman Rüstəm oxucularına üz tutub söyləyirdiki: yeddinin yanından sıfırı pozun. Bax, indi sən də nəzərə al ki, oxucuların,xüsusilə, "Ədalət"çilər deyir ki, 60 ilin içərisində"Ədalət"ə ayırdığın illəri hələlik 60-a çatdır. Ondan sonra oturubsənin yubileyin barəsində geniş və ətraflı söhbət edərik. Zənnimcə,oxucularının və "Ədalət"çilərin istəyi çox ədalətlidi. Sən çalış"Ədalət"dəki illərini 60-a çatdır. Buna nə deyirsən?

P.S. Əzizim BabəkYusifoğlu, bilmirəm yazı necə alındı. Amma bir Allah şahiddi ki, mən, eləcə dəqəzetimizin kollektivi səni çox istəyirik. Elə o istəklə də yazımdakı günahlarıbağışlayıb xoş arzularımızı qəbul etməyini istəyirəm. Ad günün mübarək, cavan oğlan!

Əbülfət MƏDƏTOĞLU

[email protected]

TƏQVİM / ARXİV