adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
01 Fevral 2015 21:31
3921
KRİMİNAL
A- A+

Tanınmış ilahiyyatçının evindən oğurluq edilib

İlahiyyatçı Elşad Mirinin evindən oğurluq olub.

 

Adalet.az-ın xəbərinə görə, ilahiyyatçının evindən pul, qızıl, bahalı əşya və məişət texnikası aparılıb.

 

Elşad Miri bundan bir həftə əvvəl hədələndiyini də qeyd edib: "Bu gün isə evimizə oğru(lar) daxil olub hər şeyimizi aparıblar. Uca Allahımıza şükürlər olsun. Ailəmin 2 saat evdə olmadığı vaxt hadisənin baş verməsi sevindirici haldır. Evdən isə əllərinə keçən pul, qızıl, bahalı əşya və texnikalarımızı aparıblar… Bilmirəm, bu xəbərdarlıqdır, yoxsa adi oğurluq? Ümid edirəm ki, inşəAllah müsbət nəticəsi olar".