adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 Fevral 2015 21:26
2050
GÜNDƏM
A- A+

Azərbaycan Ordusunun şəhid olmuş əsgəri dəfn edildi

Cənazə üzərinə sərilmiş Azərbaycan bayrağı xatirə saxlanılması üçün şəhidin ailəsinə təqdim olunub.

Yanvarın 31-də Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olmuş əsgər Eşqin Rəhim oğlu Allahverdiyev bu gün Şəki rayonunun Böyük Dəhnə kəndində son mənzilə yola salınıb.

 

Adalet.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, vida mərasimində nazirliyin zabiti Abdulla Qurbani çıxış edərək, nazir Zakir Həsənovun və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun başsağlığını şəhidin ailəsinə çatdırıb. O, Azərbaycan əsgərinin düşmən təxribat qruplarının qarşısını mərdliklə aldığını qeyd edib: "Azərbaycan əsgərinin döyüş və vətənpərvərlik ruhu çox yüksəkdir və onlar bayrağımızı tezliklə Xankəndidə, Şuşada, Laçında və işğal altında olan digər torpaqlarda qaldırmağa hazır və qadirdirlər”.

 

 

Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov isə çıxışında Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin prezident kimi fəaliyyətində ordu quruculuğu məsələlərinin əsas prioritet olduğunu qeyd edib: "Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasındadır, ölkəmizdə şəhid ailələrinə və Qarabağ müharibəsi veteranlarına, əlillərinə daim diqqət və qayğı göstərilir”.

 

Şəhidin babası Paşa Vahab oğlu nəvəsinin Vətən uğrunda şəhidliyindən böyük qürur duyduğunu qeyd edib.

 

Mərasimdə rayon ictimaiyyətinin nümayəndələri də çıxış ediblər.

 

Şəhidin dəfnindən sonra əsgəri ənənələrə uyğun olaraq yaylım atəşləri açılıb, cənazə üzərinə sərilmiş Azərbaycan bayrağı xatirə saxlanılması üçün şəhidin ailəsinə təqdim olunub.