Bakıda 19 yaşlı oğlanın velosipedini oğurladılar
Bakıda bahalı velosiped oğurlanıb.
Adalet.az-ın məlumatına görə, polisə müraciət edən Nəsimi rayonu, Bülbül prospekti ev 21, mənzil 14-də yaşayan 1996-cı il təvəllüdlü Allahverdiyev Rüfət Elbəy oğlu bildirib ki, velosipedi naməlum şəxs tərəfindən oğurlanıb. Şikayətçi qeyd edib ki, yanvarın 23-də dəyəri 450 manat olan "Crovn” markalı velosipedini Nigar Rəfibəyli küçəsində saxlayıb. Lakin geri qayıtdıqda o, velosipedini tapa bilməyib.
Faktla bağlı araşdırmalar aparılır.
Digər Xəbərlər
17 Aprel 2024 19:41