adalet.az header logo
  • Bakı 18°C
01 Fevral 2015 14:53
4412
KRİMİNAL
A- A+

Mingəçevirdə toyda qanlı dava

Mingəçevir şəhərində toy mərasimində baş verən dava bıçaqlanma ilə nəticələnib. 


Adalet.az-ın məlumatına görə, mərasim zamanı spirtli içki qəbul etmiş qohumlar arasında dava zamanı gəlinin atası, Qax rayonu Çüdüllü kənd sakini, 1972-ci il təvəllüdlü Əhmədov Şahin Süleyman oğlu bıçaqlanıb.

O, təcili Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb, ona tibbi yardım göstərilib. 

Hadisəni bəyin qohumu Murad adlı şəxs tərəfindən törədildiyi bildirilir.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.