adalet.az header logo
  • Bakı 19°C
01 Fevral 2015 13:40
2911
DÜNYA
A- A+

6 xizəkçi qarın altında qalıb öldü

İsveçrədə son sutka ərzində baş verən qar uçqununda 6 nəfər ölüb.


Adalet.az-ın verdiyi məlumata görə, 4 xizəkçi Qraubyunden kantonunun Landkvart dairəsində, iki xizəkçi isə Bern kantonunda baş vermiş qar uçqunlarının qurbanı olub.

 

Landkvart dairəsində Pits Vilan dağında 9 nəfərlik qrup qar uçqunu altında qalıb. Qrup üzvlərindən 3-ü yerində, biri isə xəstəxanada dünyasını dəyişib.   

 

Bern kantonunda isə bir nəfər Hahnenmoos, bir nəfər is Birq dağ-xizək stansiyasında qar uçqununa düşərək ölüb.