adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
01 Fevral 2015 11:03
1851
HADİSƏ
A- A+

Azərbaycanda yanğın - qadın yanaraq öldü

Evdəki yanğın söndürüldükdən sonra 64 yaşlı qadının meyiti tapılıb

Bərdə rayonunda dəhşətli hadisə baş verib.Adalet.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qəhrəmanlı kəndində (rayon mərkəzindən 12 km aralı) 1941-ci il təvəllüdlü Əliyeva Güllü Əyyub qızına məxsus ümumi sahəsi 72 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağında çarpayı və yataq dəsti yanıb. Yanğınsöndürənlər tərəfindən yanğın yerinin kəşfiyyatı zamanı G.Əliyevanın cəsədi aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:41-də söndürülüb.

Faktla bağlı araşdırmalar aparılır.