adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 Fevral 2015 10:55
1262
HADİSƏ
A- A+

Bakıda 4 otaqlı ev yandı

Bakıda ötən gecə yanğın hadisəsi qeydə alınıb.Adalet.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 4 otaqlı evdə baş verib. Nəticədə evin 2 otağının yanar konstruksiyaları 45 kv.m sahədə, mətbəxin lambirdən ibarət tavanı 9 kv.m sahədə yanıb və yüksək temperaturdan mətbəxdə olan soyuducu deformasiyaya uğrayıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.