adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Fevral 2015 10:50
1250
HADİSƏ
A- A+

Tovuzda 7 otaqlı ev yanıb

Tovuzda ötən gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb. Adalet.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun İbrahimhacılı kəndində vətəndaşa məxsus ümumi sahəsi 360 kv.m olan ikimərtəbəli 7 otaqlı evin 1-ci mərtəbəsində baş verib. Nəticədə evin 2 otağının, mətbəxinin yanar konstruksiyaları 104 kv.m sahədə, 2-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 104 kv.m sahədə və dam örtüyü 25 kv.m sahədə yanıb. Yüksək temperaturdan bitişik ümumi sahəsi 250 kv.m olan talvarın lambirdən ibarət tavanı əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.