Bizim vəzifə sahibləri müxtəlif televiziya kanallarında çıxış edərkən sevinə-sevinə deyirlər ki, bəs iqtisadi böhran bizə təsir eləməyib. Adam da bu sözləri eşidəndə təəccüblənir. Yəni təəccüblənir ki, necə olur, o boyda Amerikaya, Çinə, Rusiyaya və Avropa ölkələrinə iqtisadi böhran təsir eləyir, ancaq bizim məmləkətdən yan keçir? Təki deyilənlər düz olsun və bu böhran bizim məmləkətimizdən yan keçsin.
Bunu yuxarılar etiraf eləsə də, eləməsə də hər şey göz qabağındadır. Yəni ən azından artıq camaatın alıcılıq qabiliyyəti aşağı düşüb. Ev alan da azalıb, maşın alan da. İndi az adam tapılar ki, nəsə almağa maraq göstərsin. Amma hansı ki, istər ev, istərsə də maşın bazarında qiymətlər 25-30 faiz ucuzlaşıb. Hətta maşın bazarında xarici ölkələrdən təzə və işlənmiş avtomobilləri gətirib satmaq istəyən adamlar gileylənirlər ki, qiymətləri aşağı salsaq da, alıcılar maşınlara yaxın düşmür. Əgər əvvəllər həftədə 15-20 maşın satılırdısa, indi qiymətlərin xeyli ucuzlaşmasına baxmayaraq, heç iki avtomobil alınmır. Satıcılar deyirlər ki, bir çoxları gözləyir ki, qiymətlər bir qədər də aşağı düşsün, ondan sonra nəsə alsınlar.
Təkcə ev və maşın bazarında deyil, tikinti materialları bazarında da əsaslı ucuzlaşmalar hiss olunur. Artıq sementin qiyməti əvvəlki vaxtlarla müqayisədə xeyli ucuzlaşıb. Rusiyadan gətirilən taxtalar isə lap münasib qiymətə satılır. Əgər taxtaların bir kubu əvvəllər 300 manat və daha artıq qiymətə satılırdısa, indii bir kub taxtanın qiyməti 230, 250 manata və daha ucuz satılır. Bu da onunla izah olunur ki, Rusiyada iqtisadi böhran dərinləşdiyinə görə, onların istehsal etdiyi məhsulların da qiyməti sürətlə aşağı enir.
Amma iqtisadi böhranın bu qədər sürətlə tüğyan eləməsinə baxmayaraq, yenə bizim məmləkətdə mənzillərin qiyməti qonşu ölkələrlə müqayisədə qat-qat bahadır. Məsələn, indi Rusiyada və Türkiyədə 40-50 min dollara şəhərin mərkəzində ev almaq olur. Ancaq bizim ölkədə bu qiymətə şəhərin mərkəzində deyil, daha uzaq yerlərdə təmirsiz-filansız, uçub-sökülən mənzil almaq olar. Mənzil bazarında qiymətlərin yüksək olmasını ekspertlər inhisarçılıqla əlaqələndirir. Yəni sirr deyil ki, yeni inşa edilən yüksəkmərtəbəli binaları müəyyən şirkətlərin sahibləri tikirlər. O şirkətləri də himayə edən, arxasında duran adamlar isə çoxlarına yaxşı məlumdur. Təbii ki, hər şey bir neçə əldə cəmləşdiyi üçün məmləkətimizdə də mənzil bazarında kəskin ucuzlaşma hiss olunmur. Ekspertlər onu da qeyd edirlər ki, müəyyən qüvvələr bu bahalaşmanı
süni surətdə yaradıb və bir müddətdən sonra bunu da saxlamaq mümkün olmayacaq. Çünki iqtisadi böharının hələ 2010-cu ilə qədər davam edəcəyi bildirilir. Eyni zamanda məmləkətimizdə daşınmaz əmlakın və bununla yanaşı, avtomobillərin ucuzlaşmaq ehtimalı daha böyükdür. Deməli, ümid var ki, gələcəkdə orta təbəqəni təmsil edən insanların da mənzilə olan ehtiyacı ödənilsin. Sirr deyil ki, bir çoxları çox çətinliklə olsa pul toplayaraq mənzil almaq arzusunu gizlətmirlər. Arzu isə nə vaxtsa çin ola bilər. Təki bütün imkansız və kasıb adamların ümidləri və arzusu çin olsun.
İndii əlinə hər mikrafon götürən deyir ki, mən oxuyanam. Daha doğrusu, belələri istedadlı adamlardan daha çox reklam olunur, şou-biznes bazarına girir, az müddətdə maşın və ev alır. Amma əsl müğənni və xanəndə isə bəzən aylarla yox, illərlə ekran üzünə həsrət qalır və bir dəfə olsun belə pulu-parası olmadığına görə həmin adamları efirə buraxmırlar. Bayaq dediyimiz kimi, efirə o adamları buraxırlar ki, onlar toylardan qazandığı pulları həmin televiziyalara xərcləyir və yenidən reklam olunurlar. Reklam olunmaqları isə təsadüfi deyil. Çünki heç bir müğənni ağlını itirib səsi olmaya-olmaya hər çıxışına görə özəl televiziya kanallarına bir ətək pul verməz. Onlar bu pulu ona görə televiziyalara verirlər ki, reklam olunandan sonra çoxlu "toy tuturlar". Və bu toylar isə onlara əməlli-başlı xeyir gətirir. Camaatın qulaq asmaq istəmədiyi, ancaq televiziyada hər gün reklam olunan "müğənnilər" ayın 20-25 gününü toylarda olurlar. Bizim camaatın da çox bir pis vərdişi var. televizorda kimi görürlərsə, onu da toyuna aparır. Tay baxmırlar ki, o, oxuya bilir, səsi var, ya yox. Çünki qohum-əqrəbası soruşanda ki, toyda kim oxuyacaq? Həmin adam da deyir ki, televizorda hər gün filankəs oxuyur ey, bax, onu gətirəcəyəm. Televiziyalarda hər gün görünən müğənnilərsə, gəlib o toyda oxumaq əvəzinə, göbəyi açıq vəziyyətdə atılıb-düşür, fonoqramanı səsləndirir, toyu bir təhər yola verib, bir ətək pulu alıb gedir.
Özlərini "toylar kralı", əvəzsiz müğənni sayanlarsa, həmişə televiziyadakı çıxışlarında özlərindən razı halda deyirlər ki, mən ayın 30 gününü toyda oluram. Onlardan soruşan yoxdur ki, ay balam, heç 30 gün də fasiləsiz oxumaq olar? Heç bir müğənni 30 gün yox, 10 gün canlı oxusa, onun səsi o dəqiqə batacaq. Amma bizim toy müğənniləri 30 gün "oxuyur", onların səsi batmır. Ona görə ki, oxuyan onlar yox, fonoqramlarıdır. Toy yiyəsi də demir, ay qardaş, sənə bir ətək pul verib, toya gətirmişik ki, bizi dolayasan, yoxsa özünü? Axı, toyda 5-6 saat oxumağına görə 6-7 min manat pul alırsan? Təəssüf ki, bu sualları o pulu alan müğənnilərə heç kim vermək istəmir. Hətta həmin müğənnilər görürlər ki, toyda toy sahibinin başı qarışıb, o dəqiqə diskotekanı işə salırlar. Aləm də qarışır bir-birinə. Müğənni də yalandan ağzını açıb-yumur ki, guya oxuyan odur. Bir sözlə, müğənnilərə münasibət toylardan başlayır. Əgər toy sahibi səsi və ifası gözəl olan müğənniləri toyuna gətirsə, heç bu qədər eybəcərliklər də baş verməz, yağışdan sonrakı göbələk kimi hərə əlinə bir mikrafon götürüb oxumaz. Amma neyləmək olar ki, efirlərimizdə və toylarımızda oxuya bilən və səsi olan müğənnilərdən çox səsi olmayanlar meydan sulayırlar.
Maşallah, gündə də olmasa, iki-üç aydan bir müxtəlif televiziya kanalları "ulduz" müsabiqələri keçirib yeni müğənnilər icad eləyirlər. Oxuya billən və oxuya bilməyən gənclər isə hamısı həmin müsabiqəyə axışır. Ona görə ki, ən azından onlar bu cür müsabiqədə iştirak edib bir-iki mahnı oxumaqla, əgər oxuya bilsələr, əməlli-başlı tanınırlar. Yəni televiziya kanallarında görünmək səsi və istedadı olmayan "müğənnilər" üçün böyük şansdır. Əlbəttə, belə şansı kim əldən verər? Ona görə də çoxları televiziya kanallarına çıxmaq üçün dəridən-qabıqdan çıxır, hətta kənddə üç-dörd qoyunu olan və səsi olmayan bir adam da həvəsə düşüb müğənni olmaq istəyir. Bilir ki, o üç-dörd qoyunu satıb gəlib efirə çıxacaq, əməlli-başlı tanınacaq və bununla da "toy tutacaq".
Bir neçə gün bundan əvvəl televiziya kanallarının birində çıxış edən müsabiqə qaliblərindən olan qız müğənni deyirdi ki, mən istəsəm 300 min dollarlıq maşın ala bilərəm. Balam, bu necə olur? 30-40 il səhnədə can qoyan, istedadı və səsi olan müğənni-xanəndə bir MDB istehsalı olan maşını ala bilmir, amma dünən yumurtadan dınq eləyib çıxan bir qız 300 min dollarlıq maşın almaq imkanını utanıb-qızarmadan tamaşaçıların gözünə soxur? Ona görə ki, bir çox imkanlı adamlar sənətə və sənətkara yox, göbəyi açıq, findi-furuş qızlara sponsorluq eləyir. Bu sponsorluq da aydın məsələdir ki, nə üçün olunur.
Artıq xeyli vaxtdır ki, ATV televiziya kanalında "Xalq ulduzu" müsabiqəsi başlanıb. İnsaf naminə demək lazımdır ki, birinci və ikinci "xalq ulduzu" müsabiqəsində istedadlı gənclər üzə çıxdı. Ən azından Eldəniz Məmmədov kimi şirin və məlahətli səsi olan bir gənc müğənni Azərbaycan tamaşaçısına tanıdıldı. Üçüncü müsabiqədə də yetərincə istedadlı gənclər var. Amma bəzən görürsən ki, elə ilk ifada münsiflər onlar haqqında ehtiyatsız bir söz işlədəndə həmin gənclər ruhdan düşür, ümidsizliyə qapılır. Münsiflərdən olan Tahir Əkbərin gənc müsabiqə iştirakçıları haqqında dediyi bir-iki ehtiyatsız söz təbii ki, həmin gəncləri ruhdan sala bilər. Əlbəttə, onların ifasında kifayət qədər qüsurlar və nöqsanlar var. Amma ilk ifalardan sonra yaranmış həyəcanlar nəticəsində baş verən qüsurlar hiss edirsən ki, yavaş-yavaş aradan qaldırılır. Çünki müsabiqədə iştirak edən gənclərin bir neçəsi böyük sənət adamlarından, o cümlədən Arif Babayevdən dərs alıblar. Şənlik Mehdiyevin şirin səsi və incə yumoru təbii ki, tamaşaçıların yadından çıxmır. Elə bu cür gənclərin də sənətə təsadüfən gəlmədiyi məlum olur. Mə lum olur ki, Şənlik kimi istedadlı gənclərin şirin səsi və məlahətli ifaları var.
Sadəcə olaraq, onların səhvlərini bir qədər ehtiyatla demək lazımdır ki, bu uşaqlar ruhdan düşməsin və növbəti ifalarda nöqsanları aradan qaldırsınlar. İstedadlı müğənni və xanəndə, xalq artisti Aygün Bayramovanın da müsabiqədə iştirak etməməsi tamaşaçılar tərəfindən narahatlıqla qarşılanıb. Aygün xanım son dərəcə obyektiv, həssas, sənətə qiymət verməyi bacaran insandır. O həmişə obyektiv və ədalətli çıxışı ilə öz mövqeyini nümayiş etdirib. Bu istedadlı müğənninin münsiflərdə təmsil olunmaması bir çox məsələlərin mürəkkəbləşməsinə gətirib çıxarıb. Təbii ki, hər hansı səhənəyə yeni gələn müğənni haqqında söz deyiləndə daha ehtiyatlı davranmaq lazımdır. Bu mənada Aygün Bayramovanın münsiflərdə yeri görünür və gənc müğənnilərin Aygün xanımın məsləhətinə böyük ehtiyacı var.