adalet.az header logo
  • Bakı 20°C
31 Yanvar 2015 23:00
1965
İDMAN
A- A+

“Sivasspor”un futbolçusu “Simurq”da

Transfer çalışmalarını davam etdirən "Simurq” klubu daha bir futbolçu ilə münasibətləri rəsmiləşdirib. 


Adalet.az xəbər verir ki, komanda Cihan Özkara ilə rəsmi müqavilə imzalayıb. Mövsümün sonunadək icarə əsasında Zaqatala təmsilçisinin şərəfini qoruyacaq gənc futbolçu "22” nömrəli formada çıxış edəcək.

Cihan Özkara müqavilə əsasında "Sivasspor”a məxsusdur. O, son üç mövsümdə Türkiyə təmsilçisinin şərəfini qoruyub.