adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
31 Yanvar 2015 21:47
2091
MƏMLƏKƏT
A- A+

Nazir müavinləri həkimlərlə bağlı məsələni müzakirə etdi

Səhiyyə nazirinin müavini Elsevər Ağayev Azərbaycanda səfərdə olan Türkiyə səhiyyə nazirinin müavini Eyyub Gümüşlə görüşüb.


Səhiyyə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, görüşdə ölkələr arasında səhiyyə və tibb elmi sahəsindəki münasibətlər, kadr hazırlığına dair sazişin detalları, dərman sənayesi və digər mühüm məsələlər müzakirə olunub.

Görüşün əsas mövzusunu təşkil edən məsələlərdən biri də 20 ildən uzun müddətdir ki, iki ölkə arasında imzalanmış tibb və kadr hazırlığı sahəsində tərəfdaşlıq sazişinin yenilənməsi və genişləndirilməsi olub. Kadr hazırlığı sahəsində Türkiyə dövlətinin azərbaycanlı tələbələrə göstərdiyi xüsusi diqqət və qayğıya görə minnətdarlığını bildirən E. Ağayev 1-3-6 aylıq təkmilləşmə kurslarına getmiş həkimlərin sonradan ölkənin müxtəlif səhiyyə sektorlarında öz bilik və bacarıqlarını uğurla tətbiq etdiklərini nəzərə çatdırıb. Qeyd olunub ki, hətta Türkiyənin ən tanınmış tibb müəssisələrində azərbaycanlı mütəxəssislər artıq praktiki tibbi fəaliyyətlə yanaşı tibbi təhsil də verirlər.

Öz növbəsində E. Gümüş ölkəsində planlaşdırılan yeniliklərdən, o cümlədən 59 xəstəxana, tibb müəssisəsini özündə birləşdirəcək "Sağlıq Bilimlər Universiteti”nin yaradılması ideyası, dərman sənayesində yeniliklər baxımından xarici ölkələrin Türkiyədə yeni dərman istehsalı fabrikini inşa etmək planı barədə məlumat verib.