adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
31 Yanvar 2015 17:06
2168
MƏMLƏKƏT
A- A+

Azərbaycanın Milli Atlasının təqdimatı olacaq

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsivə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə "Cənubi Qafqaz: 1903-cü il” xəritəsinin və "Azərbaycan Respublikasının Milli Atlası”nın təqdimatı keçiriləcək. Bu barədə AMEA-dan məlumat verilib.

Tədbirdə qeyd olunan nəşrlərin tarixi əhəmiyyəti, onların ərsəyə gəlməsində görülmüş işlər haqqında ətraflı məlumat veriləcək.

Qeyd edək ki, atlas və xəritə ölkə Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən nəşr olunub.