adalet.az header logo
  • Bakı 13°C
31 Yanvar 2015 16:20
1432
HADİSƏ
A- A+

Kürdəmir rayonunda ev yanıb

Kürdəmir rayonunda ev yanıb.

Hadisə bu gün günorta saat 13:00 radələrində Kürdəmir şəhərinin Tofiq İsmayılov, 12 ünvanında yerləşən evdə baş verib.

Rayon sakini Nəzər Həsənova məxsus ikimərtəbəli evin birinci mərtəbəsində baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Yanğından Mühafizə hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın nəticəsində 1 otaq əşyaları ilə birlikdə tamamilə yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının digər otaqlara keçməsinin qarşısı alınıb.
İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş verən qısa qapanma olub. Yanğın zamanı ölən və xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.