adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
31 Yanvar 2015 15:49
1535
HADİSƏ
A- A+

FHN Abşerondakı qəza ilə bağlı məlumat yaydı

Abşeronda ağır yol qəzası baş verib. Adalet.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, FHN-in "112” qaynar telefon xəttinə daxil olmuş xəbər əsasən, Abşeron rayonunda "Shacman” və "Kamaz” markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər deformasiyaya uğramış "Shacman” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq Təcili Tibbi Yardım Xidmətinin həkimlərinə təhvil veriblər.