adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
31 Yanvar 2015 15:43
2862
MƏMLƏKƏT
A- A+

Bakının 8-ci km bazarı özəlləşdirildi

Əmlak Komitəsi "Vosmoy" bazarı ilə bağlı məlumat yaydı

Bakının məşhur bazarlarından biri özəlləşdirilib. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib. Belə ki Nizami rayonu, 8-ci kilometr qəsəbəsində yerləşən və sakinlərin "Vosmoy bazarı” kimi tanıdığı iri ticarət mərkəzi özəlləşdirilib.

Dövlət Komitəsi "8-ci km Ticarət Mərkəzi" ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edib. Bu ay isə investisiya müsabiqəsinin qalibi elan olunub.

Müsabiqə qalibi dövlət büdcəsinə 312 iki min manat məbləğində pul vəsaitinin köçürülməsini, habelə İnvestisiya Proqramına əsasən, 6 ay ərzində müəssisəyə 1 180 760 manat məbləğində investisiya qoyuluşunun həyata keçirilməsini öhdəsinə götürüb.