adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
31 Yanvar 2015 15:10
3279
KRİMİNAL
A- A+

Avtomobillərin qənimi tutulub

Oğurluq etdiyinə görə tutulmuş Kamran Mürsəlovun digər cinayət əməlləri də müəyyən edilib.

Adalet.az Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, yanvarın 29-da oğurluq etdiyinə görə tutulmuş K.Mürsəlovun ətrafında Suraxanı RPİ 31-ci PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Namiq Bayramova məxsus "VAZ-2106”, Sərdarcan Məmmədova məxsus "Reno” və Azər Əliyevə məxsus "VAZ-2108” avtomobilləri qaçırması, Kənan Hüseynzadəyə, Elçin Hacıyevə və Habil Nəzərova məxsus avtomobillərdən isə pul, məişət əşyaları və sənəd oğurlaması da müəyyən edilib.

Bundan başqa, Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 14-də Cəlal Hacıyevə məxsus "VAZ-2107” markalı avtomobili qaçırmış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aslan Məmmədov tutulub.