adalet.az header logo
  • Bakı 11°C
31 Yanvar 2015 12:51
2036
İDMAN
A- A+

Dieqo Kostaya sərt cəza


İngiltərə Futbol Federasiyasının İntizam Komitəsi "Çelsi"nin futbolçusu Dieqo Kostanı üç oyunluq cəzalandırıb. Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna ispan hücumçunun İngiltərə Liqa kubokunun yarımfinalında "Liverpul"a qarşı matçda (1:0) rəqib oyunçunun ayağına qəsdən zərbə endirməsi səbəb olub.
Artıq "Çelsi" apelyasiya şikayəti verəcəyini açıqlayıb. "Çelsi"nin etirazı qəbul edilməyəcəyi təqdirdə, D.Kosta ölkə çempionatında "Mançester Siti", "Aston Villa" və "Everton"a qarşı matçları buraxacaq.