adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
31 Yanvar 2015 12:49
1602
GÜNDƏM
A- A+

Bərdədə birgə regional təlim toplanışı - Foto

Bərdə şəhərində Silahlı Qüvvələrin Tibb Xidmətinin və Səhiyyə Nazirliyinin birgə regional təlim toplanışı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Tibb Baş İdarəsinin, Hərbi Tibb Fakültəsinin və Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə Bərdə Müalicə-Diaqnostika Mərkəzində keçirilən birgə təlim toplantısını Silahlı Qüvvələrin baş cərrahı, tibb xidməti polkovniki, tibb elmləri doktoru Famil Babayev açaraq məruzə olunacaq məsələlərin aktuallığı barədə məlumat verib.

O, "Hərbi travmalar zamanı cərrahi yardımın təşkili, odlu silah yaralarının müalicə xüsusiyyətləri. Hərbi travmalarin müalicəsində müasir yanaşmalar" mövzusu ilə çıxış edib.

Sonra Silahlı Qüvvələrin baş reanimatoloqu, tibb xidməti polkovniki, Azərbaycan Respublikasının əməkdar həkimi Vüqar Abdullayevin "Hərbi travmalar zamanı anestezioloji-reanimasyon yardımın təşkili və göstərilməsi xüsusiyyətləri" və Hərbi Tibb Fakültəsi rəisinin elmi işlər üzrə müavini, tibb xidməti polkovnik-leytenantı, tibb elmləri namizədi Pərviz Məmmədovun "Silahlı Qüvvələrin Tibb Xidməti və Səhiyyə Nazirliyi arasında elmi əməkdaşlığın təşkili və koordinasiyası" mövzusunda çıxışları dinlənilib.