adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
31 Yanvar 2015 12:48
7492
TEXNOLOGİYA
A- A+

Dövlət saytlarında problem

Ölkədə dövlət saytlarına girişdə problem yaranıb. Saytlara giriş bir müdətlik mümkün olmayıb. 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirov ANS PRESS-ə açıqlamasından məsələyə aydınlıq gətirib. O bildirib ki, dövlət saytlarında təhlükəsizliyin artırılması məqsədi ilə mütamadi olaraq profilaktik tədbirlər görülür. 

"Məhz bu səbəbdən bu gün texniki problemlər yaranıb. Ancaq qısa zamanda iş görülərək problem aradan qaldırılıb. Hazırda "gov.az” domeni ilə fəaliyyət göstərən saytlar istifadəçilərin xidmətinə verilib", - deyə nazirlik rəsmisi söyləyib.