... Ürəyinə dammışdı ki, onun verdiyi borcu nə vaxtsa qaytaracaqlar. Amma nə illah eləyirdi əli ilə verdiyi pulunu geri ala bilmirdi. Tərs kimi borc verdiyi adam da çox etibarsız insan idi. Amma onun qapısına gələndə o qədər yalvarıb-yaxardı və göz yaşı tökdü ki, kişinin də ürəyi yumşaldı və bir ətək pulu ona verdi...
On il gözlədi, borcdan bir xəbər çıxmadı. Bir gün də yenə özü getdi onun qapısına və dedi:
- Ay Həsən kişi, adamın insafı olar, Allahdan qorxar. Mən sənə nə yamanlıq elədim ki, on il aldığın borcu qaytarmaq istəmirsən. Yadından çıxıb zülm-zülm ağladığın gün və göz yaşı tökdüyün an?
Həsən kişi qıpqırmızı qızardı:
- Yox, yadımdan çıxmayıb- dedi. - Heç adamın da yadından həmin gün çıxarmı? Amma gəl səninlə bir şərt kəsək: mənim üç-dörd ildən sonra pulum mütləq olacaq. Çünki xeyli heyvanım var, torpaq sahəsi də əkmişəm. Gözləyirəm ki, yaxşı məhsul verə. Bir də rəhmətliyin oğlu, bir də bilirsən nə vaxt gələrsən o borcun dalınca?! Nə vaxt qara daş göyərsə, onda da gəlib borcunu apararsan.
Əhməd onun sözlərindən yanıb-töküldü. Dedi ki, dünyanın işinə bir bax ha. Əlimlə bir ətək pul vermişəm, indi ağzımı dağa dirəyir, heç qara daş da göyərər? Yadına Musa Yaqubun "Bu dünyanın qara daşı göyərməz" şeiri düşdü. Şeirin bu bəndi onu daha da kövrəltdi:
Araz boyu çox mətləblər sezmişəm,
Elə bilmə əllərimi üzmüşəm.
Ürəyimə daş bağlayıb dözmüşəm.
Bu dünyanın qara daşı göyərməz.
Qanı İtin qanı idi. Çırtma vursan yanağından qan damardı. Elə hey öz-özünü qınayırdı. Deyirdi ki, ay köpəkoğlu, sənə nə yaraşır alın təri ilə min əzab-əziyyətlə qazandığın bir ətək pulu verəsən qanmaz Həsənə. Qanmaz Həsənin də Araz aşığından, Kür də topuğundanıydı. O qədər arsız adamıydı ki, elə nə danışırdı hırıldayırdı. Gözü göy, dişləri seyrək, boynu da qıpqırmızı idi. Kənddə çox adamın Qanmaz Həsəndən zəndi-zəhləsi gedərdi. Bircə ona Əhməd kişinin yazığı gəlirdi, Əhməd kişinin də başına belə oyun açmışdı.
Əhməd kişinin həyətində Araz çayından gətirdiyi çoxlu qara daşlar vardı. O daşlardan ev tikmək istəyirdi. Amma pulu olmadığı üçün qara daşları bir-birinin üstünə qoyub evi də tikə bilmirdi. Bir az da mişar daşı vardı. Düz on beş il idi ki, o qara daşlar Əhməd kişinin həyətində qalmışdı. Kişi bir gün daşın birinə baxanda gördü ki, onun üstündə ot bitib. Sevincindən ürəyi ağzından çıxdı. Daşı götürüb düz Həsən kişigil tərəfə qaçdı:
- Ay Həsən, Həsən- deyib onu səslədi.
Həsən kişi evdən çölə çıxdı və dedi:
- Nə olub, ə, belə qışqırırsan?
- Qışqıraram da. On beş ildi halal-hümmət pulumu vermirsən. Görüm day indi sözün nə olacaq?!
- Guya nə deyəcəksən? - deyə Həsən kişi qaşqabağını tökdü.
Əhməd bir az qabağa gedib əlindəki göyərmiş daşı göstərdi:
- Çox deyirdin ki, qara daş göyərəndə gələrsən. Bax gör, qapımdakı qara daşın üstündə ot bitib. Buna nə sözün?
Həsən kişi kəkələyə-kəkələyə dedi:
- Gətir bəri, baxım görüm ə? Bu necə olan işdi? Yetmiş il yaşamışam, qara daşın göyərdiyini görməmişəm.
Həsən kişi diqqətlə ona uzadılan daşın o yan-bu yanına baxdı, əli ilə göyərmiş otu bir daha tərpətdi. Gördü ki, balam, yox, Əhməd kişi yalan danışmır. Daşın üstündə ot bitib. Day Həsən kişinin ağlına gəlmədi ki, bu daşın üstündə torpaq olub, torpağın da üstündə ot bitib.
Həsən kişi bir yerə baxdı, bir də göyə. Gördü ki, bu dəfə onun ağzı daş-qayaya dirənib və bir də artıq kənd camaatının arasında lap hörmətdən düşüb. Heç xeyir-şərdə onun yanında əyləşmək istəyən adam da olmur. Bir daha bir yerə baxdı, bir də göyə. Sonra da üzünü tutub Əhməd kişiyə dedi:
- Day sözüm yoxdur, demişəm, deməli, pulunu verməliyəm.
Onsuz da ötən il Həsən kişinin yaxşı taxılı olmuşdu. Mal-qarası da az deyildi. Onun bir neçəsini satıb pula çevirmişdi. O puldan da Əhməd kişinin borclarını təmiz dəsmala büküb saxlamışdı. İçəri keçib dəsmala bükülü pulu gətirdi və Əhmədə uzatdı:
- A kişi, al pulunu! Day camaatın arasında bihörmət olmuşam, üzümün suyu da qalmayıb. Gecələr də yuxum ərşə çəkilib. Bir dəqiqə gözümü yuman kimi o dəqiqə məni kimsə əlini uzadaraq boğmaq istəyir.
Əhməd ona kinayə ilə baxıb ürəyindən keçənləri bildirdi:
- Başqasının halal pulunu basıb yeyəndə bəs bilmirdin səni yuxuda yatmağa qoymayacaqlar? Hələ yaxşı qurtarmısan. Bizim nəslin pulunu heç kim yeyə bilməz. Çünki biz o pulu alın təri ilə, əzab-əziyyətlə, əlimizi od-alovun içinə salıb-çıxartmaqla qazanmışıq.
Əhməd kişi pulları götürdü və sevincək halda evlərinə sarı qaçdı. Dedi ki, ilahi, sənin möcüzəndən heç kim baş açmaz. Əgər o qara daş göyərməsəydi və Qanmaz Həsənin də ürəyinə insaf salmasaydın çətin ki, bu pulu qaytarasıydı.
... On gündən sonra kəndə səs yayıldı ki, bəs Qanmaz Həsən rəhmətə gedib. Bunu eşidənlər o qədər də təəccüblənmədilər. Dedilər ki, Qanmaz Həsən heç camaatın xeyir-şərinə də yarıyan deyil, amma eldən ayıbdı. Camaat onun qapısına getdi və son mənzilə yola saldı. Qanmaz Həsənin çox adama borcu vardı. Hərəni bir dil-fillə yola salırdı. Namaza duranda molla dedi ki, ay camaat, bu mərhuma nə etmisiz halal edin. Namaza duranların yarısının səsi çıxdı, yarısının da səsi çıxmadı...