adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

AUSCHWİTZ VƏ RİYAKAR DÜNYA

SEYFƏDDİN ALTAYLI
71960 | 2015-01-31 08:33
"Dünya duracaq yer deyil ey can, səfər eylə"

Nəsimi


Ötən günlərdə demokratik dəyərlərə ürəkdən inanan və əməl edən (ə), insansevər, hüsnniyyətli, bəşəriyyətin üzünü ağardan (ə) Almanların Auschwitz ölüm düşərgəsində yüz minlərlə yəhudini vəhşicəsinə qətlə yetirməsinin anım günü keçirildi. əslində onlar ümumi olaraq da milyonlarla yəhudini məhv etdilər.
Auschwitz düşərgəsi, Polşa sərhəddinə yaxın Krakowun qərb tərəfində yaradıldı və Polşanın işğalıyla da Almaniya torpaqlarına daxil edildi. Almanlar Oswiəcim şəhərinin yaxınlığında üç dənə daha düşərgə yaratdılar. Bu düşərgələri qurmalarının səbəbi nasist rəjimlə Polşadakı Alman işğalçığına müxalif olanları və düşmən hesab olunanları dustaq etmək, əsirləri məcburi və qarın toxluğuna heyvan kimi işlətmək, Nasist Almaniyanın təhlükəsizliyi üçün ölüm hökmü kəsilənləri aradan götürmək.
Onlar Auschwitzdə gaz otaqları və krematorium da tikmişdilər. Qaz otaqlarına duş ləvazimatları da qoymuşdular ki öldürəcəkləri əsirləri aldatsınlar. Onları anadan üryan soyundurur və "buyurun öncə duş qəbul edin" deyə ora soxur, əsirlər içəri daxil olandan sonra qazı buraxıb kütləvi şəkildə vəhşicəsinə qətlə yətirirdilər.
Almanların xüsusilə kimyəvi sahədə böyük axtarışları olub. İkinci Dünya Müharibəsi illərində də həmin ixtiralarını davam etdiriblər (bu gün elə deyilə). Auschwitz-Birkənau düşərgəsində xüsusilə Yəhudi soy-kökündən olanları yeni ixtira etdikləri "Zyklon B" qazıyla kütləvi şəkildə qaz otaqlarında məhv etdilər. Bu qaz otağı 1942-ci ildən düz 1944-cü ilin noyabr ayına kimi Yəhudi soyqırımında istifadə olundu.
Öldürülən yazıqların meyidlərini oradan çıxarıb krematoriumda yandırırdılar ki arada-bərədə onlardan barata qalmasın. Auschwitzdə sadəcə olaraq yəhudilər yoxdu, qaraçılar, polyaklar və digər xalqların nümayəndələri, hətta nasizmə müxalif olan Almanlar da vardı. Ölüm hökmü kəsilən şəxslərin sayı az olarsa onları qaz otağına yollamayıb "qara divar" deyilən divarın qabağına aparıb ordaca gülləbaran edərək qətlə yətirirdilər. Qadınlar qaz otağına yollanmazdan qabaq, daha düzü əsir düşərgəsinə gətirilən kimi başları qırxılır, hər bir şeyləri əllərindən qarət edilir, qırxılan saçları kisələrə doldurulub Almaniyanın müəyyən yerlərinə yollanırdı ki, istifadə olunsunlar. Almanlar Auschwitzdə və digər düşərgələrdəki əsirləri sadəcə olaraq işlətmir, işləmək qabiliyyəti olmayanları da qətlə yetirmirdilər. əsirlər üstündə tibbi sınaqlar, ekizlər, liliputlar üstündə axtarışlar aparır, qadınları qısırlaşdırma, kişiləri xədim etmə, hipotermiya (bədən istiliyinin 35 dərəcədən aşağı düşməsi halında yaranan narahatçılıq) sınaqları keçirirdilər.
Yəhudi dininə mənsub insanların o cür vəhşiyanə qətlə yetirilməsi bəşər əxlaqına uymur. İnsan bu qədər də vəhşiləşərmiş və vəhşi dediyimiz heyvanlardan da betər olarmış deməkg
İstər Yəhudi olsun, istər Xıristiyan, istər Müsəlman, istərsə də ateist olsun, Allahın yaratdıqdan sonra özünü öydüyü və özünə məxsus bəzi sifətləri bəxş etdiyi insanı öldürmək əslində Tanrıya asi olmaqdır. Ona görə ulu peyğəmbərimiz, "bir insanı nahaq yerə öldürən, bəşəriyyəti öldürmüş kimi olar" deyib. Milyonlarla qadının, qocanın, uşağın, xəstənin günahı nə idi ki, o cür vəhşiliklə qətlə yətirildilərə
Almanların törətdiyi bu vəhşiliyin müdafiə ediləcək heç bir tərəfi yoxdur və onlar layiq olduqları cavabı da dünya ictimaiyyətindən aldılar, soyqırımçı kimi tanındılar, həm də ədalət məhkəməsinin qabağında.
Yaxşı, bəs Oktyabr İnqilabından sonra Bolşeviklərin Azərbaycanda, Qafqazda, Türküstanda (Orta Asiya) töktükləri milyonlarla Türk və müsəlman qanıə O yazıqların, nakam gəlinlərin, nişanı, toyu qara gələn cavan qızların, oğlanların, ziyalıların qatili kimdiə Onlar hansı haqlı səbəbə görə qətlə yətirildilər, Sibirin Buzlu Cəhənnəmində məhv edildilərə
Ruslar haçan törətdikləri qırğınlara, soyqırımlara və Kırım Türklərində olduğu kimi xalqları nahaq yərə kütləvi sürgünlərə yolladıqlarına görə ədalət məhkəməsi qarşısında hesab verməli olacaqə
Hə, Nasist Almaniyasını Uluslararası Nürnbərg Hərbi Cinayət Məhkəməsinə 1945-ci ilin Oktyabr ayında aparan ABŞ, İngiltərə, Fransa və Sovetlər Birliyi süddən çıxmış ağ qaşıqdılar, olmaya-bilməyə onlar barədə ayrı düşüncələri ağlınıza gətirəsiniz..!
İngiltərə, yüzillər boyu yeritdiyi müstəmləkəçilik siyasətində milyonlarla insanı nahaq yerə məhv etdi, onları kölələşdirdi, vətənlərinin yeraltı və yerüstü sərvətlərini yağmaladı, hələ də yağmalayır. Fransanın əlcəzayirdə, Tunis və digər yerlərdə törətdiyi vəhşiliklər yaddan çıxmayıb. Sovetlər Birliyinin əsl sahibi olan Ruslar da onlar kimi. ABŞ-ın isə Orta Şərqdə 1993-cü ildəndir çıxardığı hoqqalar da göz qabağındadı. Yəni bu dövlətlər azı Nasist Almanlar qədər bəşəriyyət və Tanrı qarşısında günahkardılar, cinayətkardılar.
Sadəcə olaraq bir nümunə, ATəT Minsk Qrupunun bərabərhüquqlu üzvləri ABŞ, Fransa və Rusiya Federasiyasıdı, bəs bu ağalar Azərbaycanın üzləşdiyi Xocalı Soyqırımı, işğal altındakı torpaqları və bir milyondan artıq qaçqın üçün niyə tükünü də tərpətmirə Yəhudilərin hamisi olan ABŞ, İngiltərə, Fransa və digərləri Azərbaycanın problemi olanda niyə üç meymunun rolunu ifa edir görəsənə
Bu cür riyakar dünyanın üzünə tüpürməyə də dəyməz, insanın tüpürcəyinə də hayıfı gəlir...

TƏQVİM / ARXİV