adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
31 Yanvar 2015 11:50
2407
SİYASƏT
A- A+

“YAP-ın namizədləri ciddi araşdırmalarla müəyyənləşəcək”

Yeni Azərbaycan Partiyası bu il ölkədə keçiriləcək parlament seçkiləri ilə bağlı planlarını açıqlayıb.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədr müavini-icra katibi Əli Əhmədovb ildirib ki, YAP ənənəvi olaraq seçki hazırlıqlarına xeyli əvvəldən başlayır.

O qeyd edib ki, partiya bu seçkilərə də ciddi hazırlaşır: "Biz hazırlıq prosesində bir çox məsələlərə, o cümlədən partiyanın namizədlərinin müəyyənləşdirilməsinə ciddi yanaşacağıq. Namizədlər ciddi araşdırmalar əsasında müəyyənləşəcək. Bütövlükdə parlamentdə YAP-ı təmsil edən deputatların əksəriyyətinin fəaliyyəti partiyanı, o cümlədən də seçiciləri qane edir. Belə şəxslər də mütləq nəzərə alınacaq. Buna baxmayaraq, həyat inkişaf edir. YAP-ın mövqeyi budur ki, seçicilərin rəğbətini qazanmış şəxslərin namizədliyi irəli sürülür. Biz seçki kampaniyasına məhz bu meyarla hazırlaşacağıq. Güman edirəm bu seçki də YAP üçün uğurlu olacaq”.