adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
30 Yanvar 2015 22:26
1564
MƏMLƏKƏT
A- A+

Ombudsman daun sindromlu uşaqlarla görüşdü

Ombudsman Elmira Süleymanova 2 fevral – Gənclər Günü münasibətilə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində bu kateqoriyadan olan uşaq və gənclərlə görüşüb.


. O, daun sindromlu insanların üzləşdikləri çətinliklərin bu gün dünyada, eyni zamanda, respublikamızda narahatlıq doğuran problemlərdən olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, "Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin strukturuna daxil olan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin fəaliyyəti xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyasına və sosial adaptasiyasına yönəlib. Bu İctimai Birlik Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb. Reabilitasiya mərkəzi beynəlxalq standartlara uyğun fəaliyyət göstərir.

İctimai Birliyin sədri Sevinc Abdullayeva rəhbərlik etdiyi müəssisənin fəaliyyəti barədə məlumat verib, ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara və gənclərə göstərilən diqqətə görə minnətdarlığını bildirib.