adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Yanvar 2015 17:29
3002
MƏMLƏKƏT
A- A+

Saatlıda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib

Saatlı rayon Gənclər və İdman İdarəsi, Gənclərin Sosial Tərəfdaşlığı  Mərkəzi (GSTM)  İctimai Birliyinin birgə təşkilatçılığı ilə Saatlı rayon Gənclər Mərkəzində 2 Fevral Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.  

 Tədbir Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklərin düzülməsi mərasimi ilə başlayıb.

 Sonra Gənclər Mərkəzinin foyesində Saatlı və Sabirabad rayon gənclərinin "Müasir Gənclik Düşüncəsi” adlı rəsm müsabiqəsi keçirilib.

 Müsabiqənin münsiflər heyəti Flora Cəfərovanı I, Ruhiyyə Məmiyevanı II, Ayşən Hüseynovanı isə III yerə layiq görüblər. Qaliblər sertifikat və həvəsləndirici hədiyyələrlə mükafatlandırılıblar.

 Tədbir çərçivəsində daha sonra Gənclər Gününə həsr olunmuş "Gənclər nəyi necə görür” adlı konfrans keçirilib.

 Saatlı rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov açılış nitqi ilə çıxış edərək 2014 -cü ildə görülmüş işlər barədə məlumat verib və bayram münasibətilə gəncləri təbrik edib.

 Rayon İcra Hakimiyyəti başçısının müavini Reyhan Ocaqova dövlətin gənclərə olan qayğısından, gənclər siyasətindən və Bakıda keçiriləcək 1-ci Avropa Olimpiya oyunlarından danışıb.

GSTM İB-nin nümayəndəsi Vüsal Əhmədov çıxış edərək dövlətin gənclərə yaratdığı qayğıdan  danışıb. Əlavə edib ki, gənclər bu qayğıdan bəhrələnərək öz fəaliyyətlərini sağlam zəmin üzərində qururlar.

Sonda 2014-cü ildə Saatlı rayonu üzrə nailiyyətlər əldə etmiş bir qrup gənc və idmançı Fəxri Fərman, Sertifikat və qiymətli hədiyyələrlə təltif olunublar.

Gənclər gününə həsr olunmuş tədbir musiqili proqramla davam edib.