adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

ONLAR TƏKCƏ YAZMAĞI YOX, DOSTLUQ ETMƏYİ DƏ BACARIRDI

ETİBAR BABAYEV
27220 | 2015-01-30 16:13

1975-ci ildə əlliyaşlı Adil Babayevin yenicə çapdan çıxankitabı "Yolda görüş" adlanırdı. Şair nə üçün kitabını beləadlandırdığını müqəddimədə izah edirdi:

"Bu kitabböyuk sənətə gedən yolda mənim sənətsevər, qədirbilən oxucularım və dostlarımlanövbəti görüşümdür".

Otuz ildənşox yaradıcılıq fəaliyyəti ilə məşğulolan insan bu müqəddəs yolda növbətigörüşə sevinc və ümidlə tələsirdi. Kitaba son llər yazdığı yeni seirləri,sonetlərini daxil etmişdi. Ailədə sonbeşik əzizlənən kimi, o da öz"balasını" (kitabını) əlindən yerə qoymurdu. Mətbuatda dərc olunan rəyləri,oxucu məktublarını diqqətlə gözdən keçirib şəxsi arxivində toplayırdı. Hansısacildçidən kitabın ölçüsündə dəri üzlükalıb "son beşiyi"ni onun içinə salmışdı. Həmin nüsxə indi də bizimevdədir. Kim bilir, bəlkə də dünyadan erkən köçəcəyi ürəyinə danmışdı... Taleelə gətirdi ki, "Yolda görüş",həqiqətən Adil Babayevin sağlığında nəşr olunan sonuncu kitabı oldu.1977-ci ildə uzun sürən ağır xəstəlik üzündən 52 yaşında Bakı şəhərində dünyasını dəyişdi...

Adil Babayevinkitaba daxil olan sonetlərindən biri "Təzədən doğulur şair öləngün" misrası ilə başlayırdı. Onunpoetik düşüncəsinə görə, qələm sahibinin əsl ölüm tarixi məzarı torpaqla örtüləngün deyil, cəmiyyətdə şair kimi unudulanandır. Əsərləri sevə-sevə oxunan yazarları ölümsüz adlandırardı. O deyirdi:

Təzədən doğulurşair ölən gün,

O gündənbaşlanır yeni həyatı.

Ya düşür yolunaölümsüzlüyün,

Ya da unudulurbir yolluq adı.

Vəfatından 48 ilötməsinə baxmayaraq, şair, dramaturq, sənətşünas, publisist, peşəkar tərcüməçiAdil Babayev bu gün də xoş xatirələrlə anılırsa, nəsillər dəyişsə də, özoxucusunu itirməyibsə, demək o daölümsüzlük yolunda inamla addımlayanlarla bir cərgədədir.

Adil Babayevşair ömrünün gözəlliyini nədə görürdü?

...Ruhum şad,işim xeyir,

El sözümü gözləyir.

Şair ömrü birşeir

Sorağında gözəldir,- deyərdi.

Dünyanın gərdişini izlər, hadisələrə münasibətbildirməkdən çəkinməzdi.

Onunyaradıcılığı ötən əsrin ortalarından başlayaraq ədəbi tənqidin diqqətində olub.1945-ci ildə "Kommunist" qəzetində dərc olunan bir şeiriniyüksək qiymətləndirən böyük Səməd Vurğun olub. Ustadın ona ithaf etdiyi"Mənim arzum" şeiri gənc şairin gələcək yaradıcılıq yoluna işıqsalmaqla yanaşı, həm də meyar olaraq bir ölçü vahidi müəyyənləşdirməklə Adilinməsuliyyətini, özünətələbkarlığını artırıb. Sonrakı illərdə onun bədiiyaradıcılığı barədə Əli Vəliyev, Mirzə İbrahimov, Mehdi Hüseyn, Məmməd Cəfər,Abbaz Zamanov, Kamal Talıbzadə, Yəhya Seyidov,Məsud Əli oğlu, Bəkir Nəbiyev, Pənah Hüseynov, Famil Mehdi, Cəlal Məmmədov,Cəlal Abdullayev, Yaşar Qarayev, Təhsin Mütəllibov, İsa Həbibbəyli, Hüseyn Həşimli,İmamverdi Əbilov, Kamran Əliyev və başqa görkəmli elm xadimlərimiz, tənqidçilərmətbuatda yazılar dərc etdirmişdilər. Adil Babayev poeziyasına Osman Sarıvəlli,Məmməd Rahim, Əhməd Cəmil, Süleyman Rüstəm, Mirmehdi Seyidzadə, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Məmməd Araz,Nəriman Həsənzadə, Tofiq Mütəllibov, Xəlil Rza, Hüseyn Abbaszadə, Əfqan, MəmmədAslan, Musa Yaqub kimi çağdaş poeziyamızın bayraqdarları münasibət bildirmişlər.Adil Babayevin dramaturgiyası, həyat və yaradıcılığı, eləcə də sonetyaradıcılığı barədə dörd ayrı monoqrafiya yazılmışdır. Çoxsaylıteleviziya və radio verilişləri hazırlanmışdır. Ayrı-ayrı vaxtlarda dövrü mətbuatdadəyərli ziyalılarımızın məqalələri, resenziyaları dərc olunmuşdur. Bunları nəzərəalıb bu yazıda onun yaradıcılığı haqqında deyil, onun insani keyfiyyətlərindənsöz açmaq istəyirəm.

Adil ləyaqətli,dəyanətli övlad, vəfalı ömür-gün yoldaşı, qayğıkeş ailə başçısı, sədaqətli dostidi. Ömrün bir mərhələsində deyil, bütün həyatın boyu bu keyfiyyətləri qoruyubsaxlamaq o qədər də asan iş deyil. Adil bunu bacardı. Uşaqlıqdan repressiya illərininağrı-acısının nə olduğunu dadsa da, günüxoş keçsin, yolu açıq olsun deyə, çoxlarından fərqli olaraq, əsl-nəcabətinə xəyanətetmədi, "xalq düşməni" adıyla güllələnən 27 yaşlı atasının kölgəsiniqılınclamadı. Əksinə adını qəlbində uca tutdu. O yazırdı:

Mənatamı görməmişəm at belində,

Ata-babaocağında, dost elində.

Simasınıyaratmışam

xatirələrqaynağından

Neçəsininheyrətindən,

neçəsininsorağından.

Anamnağıl deyən zaman,

Gözləriməatam gəlib.

Şeiryazıb, söz qoşmuşam,

Sözləriməatam gəlib.

Atanəvazişi görməsə də ailənin atasızlıq yükünü, üstəlik "xalq düşmənininoğlu" kimi ağır adın acısını uzun illər daşımalı olub. Amma:

...Birparça çörəkçün əslini danan,

Namərdəəyilən, yada yalmanan

Gömülsüntorpağa, çevrilsin toza! - söylərdi Adil.

Hərkəsin yanında deyə bilmədiklərini şeirlərinin misralarına etibar edərdi Adil.1950-ci ildə mənə ithaf etdiyi ilkşeirindən iki bəndi yada salmaq istərdim:

...Onsuz min əzaba, min dərdə dözdüm,

Minyerdə pisliyə çəkildi adım.

Namərdləryanında şad görünsəm də,

Mərdlərinyanında yanıb-ağladım.

***

Sənindi uşaqsan, yaşa dolanda,

Bilərsənböyükdür qəlbimdəki qəm.

Məniqınamasın dostlar, tanışlar,

Ataolsam belə, ata istərəm.

1956-cıildə Adilin atasına bəraət verildi. Ölümündən 29 il sonra onun günahsızlığı rəsmənetiraf edildi. Ləkəli ad ailənin üzərindən götürüldü. Uşaqlıqdan qəlbinə yük olan həm qara, həm dəçox ağır bir daş ilin payız fəslində qəfil gələn şad xəbərin sevincinin hərarətiilə buxarlanıb havaya sovuruldu. 29 ilin acısı onun səhhətində, taleyində özünübüruzə versə də, poeziyasının mənəvi saflığına, nikbin ruhuna, sağlam əqidəsinə,sabaha inamına kölgə sala bilmədi. Dərdini ürəyinə yük etsə də, ömür boyunikbin yaşadı. Niyə? Görünür bu sualı əvvəllər də ona verənlər olub. Adil bunubelə cavablayırdı:

Nikbinəm-

Məclislərdəaz danışıb gülsəm də.

Nikbinəm-

Yarpaqkimi

Budağımdanhər gün

biraz üzülsəm də.

"Zorluların"hədəsi,

Nadanlarıntənəsi,

Məniməyus etməyib.

Qəmlivaxtlarımda

daqəm məni əritməyib.

Soruşursanniyə?

Ürəyimdəümman

boydainam var!

Arxamdadayanıb

Böyükbir el, qədim bir diyar.

Adımzehinlərdən silinsə də,

İllərinfırtınasında,

Yenəyaşayacağam

Anatorpağın bir parçasında.

Ömrüm-

Övladlarımın

ömründətəkrarlanacaq.

Nəğməm-

Təzəbir şairin nəğməsində.

Qəlbimindiləkləri,

QalacaqXəzərin sinəsində,

Gilavarın,xəzrinin səsində.

Adildostluqda da möhkəm idi, mərd idi. Uşaqlıqdan şair İslam Səfərli, filosof Adil Nəcəfovla, Turan Cavidlə birböyümüşdülər. Son nəfəsə kimi də bir oldular. Gənclik illərində qazandığıdostları da az olmayıb. Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Hüseyn Arif, İsmayıl Şıxlı, Ənvər Əlibəyli,Əliağa Kürçaylı, Əlfi Qasımov, Novruz Gəncəli... Bu siyahıya rəssam Səttar Bəhlulzadəni,Mikayıl Abdullayevi, Tağı Tağıyevi, Həsən Haqverdiyevi, heykəltəraş CəlalQaryağdını, bəstəkar Cahangir Cahangirovu, Tofiq Quliyevi, Ağabacı Rzayevanı,Rauf Hacıyevi, Şəfiqə Axundovanı, Tofiq Bakıxanovu, Nəriman Məmmədovu və Ramiz Mirişlini, teatr aləmini yada salsaq,Leyla Bədirbəyli, Şəmsi və Əfrasiyab Bədəlbəyli, İsmayıl Osmanlı, LütfəliAbdullayev, Mustafa Mərdanov, Cabir Səfərov, Əliheydər Ələkbərov, Zəfər Neymətov,Əşrəf Quliyev, Ağakişi Kazımov və daha kimləri əlavə edə bilərdim. Onların hərbirinin Adil müəllimlə bağlı maraqlı xatirələri vardır. Bəziləri mətbuatda dərcolunub, bəziləri televiziya və radio verilişlərində səslənib. Bir gün bunlarınhamısını bir yerə toplayıb kitab halında çap etdirmək də mənim oğul borcumdur.

Onun ən yaxındostlarından biri Hüseyn Abbaszadə idi. Adilin vəfatından sonra mətbuatda dərcolunan xatirələrində xalq yazıçısı yazırdı:

"İtki"Azərbaycan dilində ağır kəlmələrdən biridir; nəyinsə itməsi, nəyinsə yoxaçıxması deməkdir. Ümumiyyətlə, hər hansı bir itki müəyyən təəssüf hissi və məyusluqdoğurur. Lakin insan itkisi həyatda ən ağır, ən əvəzsiz və göynərtili itkidir.Sənətkarı itirmək isə ikiqat ağırdır. Çünki bu itki neçə-neçə gözəl əsərin -şeirin, tablonun, simfoniyanın əbədi itirilməsi deməkdir... Həyatla vidalaşan sənətkar- yazıçı, bəstəkar və yaxud rəssam beynində yetirdiyi, lakin hələ qələmə almağamacal eləmədiyi neçə əsərini özü ilə aparır. Biz o gözəl əsərlərdən məhrumoluruq. Adilin də ürəyi sözlə dolu idi. Yaradıcılıq planı geniş idi, bizi neçə-neçəyeni şeir, poema, pyeslə sevindirmək istəyirdi.

Adil BabayevləHüseyn Abbaszadəni 32 illik ailəvidostluq birləşdirirdi. Bu dostluğun tarixi də çox maraqlı olub...

(ardı var)


TƏQVİM / ARXİV