adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Yanvar 2015 15:58
17434
DÜNYA
A- A+

Vaterloo döyüşü 200 illdən sonra

İngiltərənin Vindzorlar malikanəsində Fransa imperatoru Napaleon Bonapartla bağlı sərgi keçirilir. Adalet.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Vaterloo döyüşünün 200 illiyi ilə əlaqədar təşkil olunan sərgidə Napaleonun döyüşdə istifadə etdiyi şəxsi əşyalar, onun geyindiyi hərbi paltarlar nümayiş olunur. Bununla yanaşı imperatoru döyüşdə müşayiət edən sərkərdələrə də aid geyim və əşyalar sərgidə yer alıb.   

Qeyd edək ki, Napaleona aid bəzi şəxsi əşyalar illər boyu  kral ailəsində saxlanılırdı. Sərgi düz bir il – gələn ilin yanvarına qədər davam edəcək.

Vaterloo döyüşü 1815 –ci ildə baş verib. İndiki Belçika ərazisində ( o vaxt Niderland Krallığında) bu ərazi kiçik bir kəndə aiddir.