adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
30 Yanvar 2015 15:08
1644
MƏMLƏKƏT
A- A+

TQDK sədri Zərdabda qəbul keçirib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Zərdab rayonundakı Heydər Əliyev Mərkəzində Zərdab, Ağcabədi, Ağdam, Beyləqan, İmişli və Füzuli rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbula qatılan 11 vətəndaşın müraciəti əsasən dərsliklərin və testlərin hazırlanması, sınaq imtahanlarının sayının artırılması, gənclərin xarici ölkələrdə təhsil imkanları, xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul və sair məsələlərlə əlaqədar olub.

Müraciətlərin çoxu yerindəcə öz həllini tapıb. Araşdırılması zəruri olan bəzi məsələlər qeydiyyata alınıb, həlli ilə bağlı müvafiq şəxslərə konkret tapşırıqlar verilib.

TQDK-nın səlahiyyətlərinə aid olmayan məsələlər isə müvafiq qurumlara göndərilmək üçün qeydiyyata götürülüb.