adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
30 Yanvar 2015 13:37
3941
KRİMİNAL
A- A+

Səbaildə narkotiklərlə bağlı xüsusi əməliyyat

Bakının Səbail rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.  Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.   Məlumata görə, Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Rüstəm Axtiyamov tutulub. Ondan 1 kikoqram 610 qram marixuana götürülüb. Oxşar əməliyyat Sumqayıt şəhərində də keçirilib. Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Fətulla Nurullayevdən 705 qram tiryək götürülüb.