adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Yanvar 2015 13:30
1283
MƏMLƏKƏT
A- A+

264 uşaqda ürək əməliyyatı aparılıb

"Elə bir əməliyyat yoxdur ki, Azərbaycanda həyata keçirilməsi mümkün olmasın. Ötən ildən artıq sümük iliyinin transplantasiyası həyata keçirilməyə başlanılıb”.

 

Adalet.az-ın məlumatına görə, bu sözləri səhiyyə nazirinin müavini Elsəvər Ağayev azərbaycanlı xəstələrin əməliyyat üçün xarici ölkələrə üz tutmasına münasibət bildirərkən deyib.

 

"Artıq ölkəmizdə orqan transplantasiyaları belə uğurla həyata keçirilir. Böyrək, ürək və digər orqanların köçürülməsi sahəsində müsbət nəticələr çoxdur. Prezidentin sərəncamı əsasında yaradılan Kardioloji Cərrahi Mərkəzdə 2014-cü il ərzində 264 uşaqda ürək əməliyyat keçirilib. İnsanların xəstəxana və həkim seçimi öz istəklərindən asılıdır. Dünyanın başqa ölkələrində də xəstələr müalicə və əməliyyat üçün digər ölkələrə gedirlər. Buna məhdudiyyət qoya bilmərik”.