adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

YüZiLLiK DüŞMƏN YüZ SAATDA DOST OLMAZ...

VƏDAT KUŞAKLI
60672 | 2009-05-18 23:42
Türkiyə Ermənistan sərhədlərini açmalımı? Türk dövləti, türk ulusu Ermənistanla münasibətləri yaxşılaşdırmalımı?
   
   Şəxsi fikirlərimi yazacam. Haqsızlıqlara boyun əyən namərddi. Əzilənlərə təpik atan, əzənləri alqışlayanlar daha da namərddi.
   
   İki il öncə "Avrasiya" televizyonunda bir azəri professor çıxış edirdi. Ağladı adam. Gözlərindən yaşlar boşaldı, səsi titrədi, üzüntüdən danışa bilmədi. Əlində bir kitab vardı, erməni əsilli bir yazara aiddi. (Bu yazarın ismini indi xatırlamıram, ya Avropada, ya da Amerikada yaşadığını xatırlayıram. Azəri professorun da ismini unutdum). Erməni əsilli yazar Xocalı qətliamının iştirakçısı olmuş bir erməni komitəçi və ya əsgər. Türk qadınlarına ərlərinin və cocuqlarının gözləri önündə təcavüz etmişlər. Kiçik türk qızlarına analarının, atalarının gözləri önündə təcavüz etmişlər. Çarmıxa çəkib divarlara mismarlamışlar. Qadınların döşlərini kəsmişlər və ağlayan körpələrin ağızlarını tıxayaraq o şəkildə öldürmüşlər. Bəzi körpələri də havaya atıb yerə düşərkən altlarına süngü tutaraq öldürmüşlər. Kəsdikləri kiçik cocuq başları ilə dəqiqələrcə futbol oynamışlar. 1914-də daha da şeytani qətliamlar, vəhşətlər yapmışlar Türkiyədə. Bütün bunlar yetmirmiş kimi illərdi Türkiyəyə "soyqırımı tanıyın" deyə basqı yapan və bunu uluslararası bir reklama döndərən, Amerikada Ağ Evin tam yanında soyqırım muzeyi açan, Qarabağdakı işğalını hələ davam etdirən, bəstələdikləri mahnılarda türklərin barbar olduğu vurğulanan, futbol matçlarında türklər əleyhinə şüarların yazıldığı köynəkləri seyrçilərə, həm də türk seyrçilərə geydirməyə çalışan erməni siyasəti ilə, erməni düşmənliyi ilə dost olmalıyıq, sərhədlərimizi açmalıyıq? Və həm də birlikdə tariximizlə üz-üzə gəlməliyik? Eləmi? Elədisə, açın sərhədləri. Hətta gömrük, viza işləmlərindən də uzaq tutun onları. Hətta onları qardaş millət-filan da elan eləyə bilərik. Xeyirli olsun!
   
   Amma həm Allahdan, həm də şəhid edilən minlərlə türk ruhlarından utanmamız lazımdı. Qorxmamız, çəkinməmiz lazımdı.
   
   Azərbaycan ilə iki ayrı dövlət ola bilərik, amma özbəklər, qırğızlar, Şimali Kipr, Türkmənistan, tatarlar, ahıskalılar, Krım türkləri, qazaxlar kimi biz hamımız bir millətik. Tariximiz, köklərimiz, mədəniyyətimiz, atalarımız eyni. Öz ailəmizə xəyanət etməklə bir-birimizə xəyanət etmək arasında məncə, fərq yoxdur.
   
   Qısacası, Obama belə arzu etdi deyə Qarabağdakı işğalını və sözdə soyqırım yalanını inadla davam edən Ermənistana biz nə qollarımızı, nə qapımızı, nə də ürəyimizi aça bilərik. Belə bir haqqımız və lüksümüz yoxdur. Ermənilər dostluq istəyirlərsə, öncəliklə yalanlarına, işğallarına, uluslararası saxtakarlıqlarına son verməlidirlər. İki ölkənin başbakanının bir-birinə gülümsəməsi ilə elə həmən dostluq başlamaz. Ermənilərin açdıqları çox dərin yaralar necə qapanacaqdır? Bunca qətliam, bunca vəhşət, bunca yalang və biz ermənilərə sarılıb öpüşəcəyik, eləmi? Ya Obama və bir çox insanın yaxın tariximizdən xəbəri yox, ya da onlar ermənilərə çox yaxın əqrəba, qohum-qardaşdılar. Yaxşı, amerikalılar belə arzu edirlər, edə bilirlər də. Amma Türkiyə-Azərbaycan başqa ölkələrin arzularına görə hərəkət edə bilməzlər. Türk milləti, türk ulusu, türk soydaşlar ya belə günlərdə bir araya gəlməlidi, ya da sonsuza qədər bir-birindən uzaq durmalıdı. Mənim deyəcəyim budur və bundan belə mən hər zaman belə deyəcəm.
   
   

TƏQVİM / ARXİV