adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Yanvar 2015 12:36
2553
GÜNDƏM
A- A+

Həsən Həsənovu öldürən ermənilərə cinayət işi açılıb

Ötən il iyulun 11-də Azərbaycanın işğal altında olan Kəlbəcər rayonuna gedən Həsən Həsənovun işgəncələrlə öldürüldüyü müəyyənləşib.


Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Hüquq İslahatları Mərkəzi İctimai Birliyinin sədri Anar Bağırov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

O deyib ki, H.Həsənovun qətlə yetirilməsi ilə bağlı Kəlbəcər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 115-ci (Müharibə qanunlarını və adətlərini pozma) və 116-cı (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) maddələri ilə cinayət işi açılıb.