adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Yanvar 2015 21:58
1387
HADİSƏ
A- A+

Nazirliyin yüksək vəzifəli məmuru qəzaya düşdü

Bu gün axşam saatlarında Quba – Xaçmaz yolunda qəza baş verib. 


Adalet.az-ın məlumatına görə, hadisə  Quba-Xaçmaz yolunun 4-cü km-də, magistralın Quba rayonunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Quba rayon sakini Mətləb Cəfərovun idarə etdiyi "Nissan” markalı minik avtomobili Xaçmazdan Quba istiqamətində hərəkətdə olarkən qəfil yola çıxan Quba rayonunun Zizik kənd sakini Xəyyam Məmmədova məxsus  odunla dolu at arabasına çırpılıb. Qəza zamanı xəsarət alan olmayıb, lakin hər iki nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb. 

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil. 

Qeyd edək ki, Mətləb Cəfərov İqtisadiyyat və Sənaye Nazirliyinin Quba – Xaçmaz regional bölməsinin müdiridir. 

Faktla bağlı araşdırma aparılır.