adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
29 Yanvar 2015 21:55
3675
KRİMİNAL
A- A+

Bakıda 31 yaşlı kişi bıçaqlandı

Ötən gecə Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi olub. 


Adalet.az xəbər verir ki, hadisə rayonun Keşlə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 31 yaşlı İsmayıl İbrahimov əvvəllər də tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı ətrafdakıların köməyi ilə 3 saylı Sabunçu Xəstəxanasına çatdırılıb. Yaralı təcili əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, İsmayıl İbrahimov bel nahiyəsindən bir neçə bıçaq zərbəsi alıb. Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti orta-ağırdır. İlkin ehtimala görə, tanışlar arasında mübahisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.