adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
29 Yanvar 2015 21:14
2279
MƏMLƏKƏT
A- A+

Nazirlərin fevral ayında QƏBUL CƏDVƏLİ

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin regionlarda keçiricəyi qəbul günləri açıqlanıb. 

Adalet.az nazir və komitə sədrlərinin  2015-cü ilin fevral ayı üçün şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlini təqdim edir:

Ədliyyə naziri Fikrət Məmmədov fevralın 4-ü Salyan şəhərində Salyan, Cəlilabad, Biləsuvar sakinlərini qəbul edəcək. 

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov fevralın 6-sı Saatlı rayonunda Saatlı, Sabirabad, İmişli, Beyləqan, Cəbrayıl, Füzuli, Xocavənd sakinləri ilə görüşəcək. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 12 fevral tarixində Neftçalada Neftçala, Salyan, Şirvan, Hacıqabul, Sabirabad, Saatlı sakinlərini qəbul edəcək.

Baş prokuror Zakir Qaralov fevralın 13-də Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Kürdəmir, Göyçay sakinləri ilə Şamaxıda görüşəcək.

Təhsil naziri Mikayıl Cabbarov vətəndaşlarla görüşü 16 fevral Mingəçevir şəhərində Mingəçevir, Yevlax, Bərdə, Ağdaş sakinlərini qəbul edəcək. 

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev fevralın 19-da Sumqayıt, Abşeron, Xızı, Qubadlıdan olan vətəndalar üçün Sumqayıt şəhərində görüş keçirəcək. 

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev 19 fevralda Lənkəran şəhərində vətəndaşlarla görüş keçirəcək, o, Lənkəran, Astara, Lerik, Yardımlı şəhələrindən olan sakinləri qəbul edəcək. 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovla görüşmək istəyən Gəncə, Samux, Göygöl, Daşkəsən, Goranboy, Mingəçevir sakinləri fevralın 19-da Gəncədə olmalıdır. 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov  vətəndaşlarla fevralın 20-də Astarada görüşəcək. Nazir Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı, Cəlilabad sakinlərini qəbul edəcək. 

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov fevralın 20-də Biləsuvarda Biləsuvar, Cəlilabad, Salyan, Neftçala sakinləri ilə görüşəcək. 

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Şabran, Siyəzən, Xızı sakinlərinin şikayət və təkliflərini fevralın 20-da Şabranda dinləyəcək. 

Kənd təsərrüfatı naziri Heydər Əsədovun vətəndaşlarla görüşü fevralın 20-d Qaxda baş tutacaq. O, Qax, Şəki, Balakən, Zaqatala və Oğuz sakinlərini qəbul edəcək. 

Səhiyyə naziri Oqtay Şirəliyev fevralın 20-də Cəlilabadda görüş keçirəcək. Nazirin qəbuluna Cəlilabad, Biləsuvar, Salyan, Masallı və Yardımlı sakinləri gələ bilər. 


Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov 20 fevralda Ağsuda Ağsu, Şamaxı, Qobustan sakinləri ilə görüşəcək. 

Vergilər nazirliyi Fazil Məmmədovun vətəndaşlarla görüşü fevralın 21-də Hacıqabulda baş tutacaq. O, Hacıqabul, Şirvan, Saatlı, Neftçala sakinlərini qəbul edəcək. 

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 21 fevralda Bərdədə Bərdə, Tərtər, Ağdam, Goranboy, Naftalan, Xocavənd, Laçından olan vətəndaşlarla görüşəcək. 

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev fevralın 24-də Ağdaş şəhərində Ağdaş, Göyçay, Ucar, Kürdəmir, Zərdab sakinləri ilə görüş keçirəcək. 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə vətəndaşlarla fevralın 24-ü Göyçayda görüşəcək. O, Göyçay, Ağdaş, Ucar, Mingəçevir, Yevlax sakinlərini qəbul edəcək. 


Gənclər və idman naziri Azad Rəhimov fevralın 25-də Qusarda Qusar, Şabran, Xaçmaz, Quba, Siyəzən sakinləri ilə görüşəcək. 

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Masallıda 27 fevral tarixində Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı sakinlərini qəbul edəcək. 

Nəqliyyat naziri Ziya Məmmədov fevralın 27-də Lənkəran şəhərində Lənkəran, Astara, Lerik sakinlərinin şikayət və təkliflərini dinləyəcək. 

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev fevralın 27-də İmişli şəhərində görüş keçirəcək. Nazir burada İmişli, Beyləqan, Füzuli, Ağcabədi sakinlərini qəbul edəcək. 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə isə fevralın 27-i Xaçmazda Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı sakinləri ilə görüşəcək. 

Daxili işlər naziri Ramil Usubovun vətəndaşlarla görüşü isə ayın son günü, fevralın 28-də baş tutacaq. O, Şirvan şəhərində Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Zərdab, Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl sakinlərini qəbul edəcək.