adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
29 Yanvar 2015 14:23
1994
MƏMLƏKƏT
A- A+

Vaqif Səmədoğlu ilə vida mərasimi keçirilir - Foto

Akademik Milli Dram Teatrında xalq şairi Vaqif Səmədoğlu ilə vida mərasimi başlayıb


Mərasimdə şairin ailə üzvləri, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, dövlət müşaviri Kamal Abdulla, rabitə və yüksək texnologiyalar naziriƏli Abbasov, Milli Məclisin vitse-spikerləri Bahar Muradova və Ziyafət Əsgərov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev və başqaları iştirak edir.

Xalq yazıçısı Anar V. Səmədoğlunun ölümünü Azərbaycan ədəbiyyatı üçün böyük itki kimi dəyərləndirib: "Səməd Vurğun ailəsi sonbeşiyini, Azərbaycan ədəbiyyatı böyük şairini, mən dostumu itirdim. Vaqif ölümdən yazsa da, həyatı çox sevirdi. O, bizə kişi kimi yaşamağı, ölümü kişi kimi qarşılamağı öyrətdi".

Dövlət müşaviri Kamal Abdulla bildirib ki, V. Səmədoğlunun itkisi ədəbiyyatın böyük itkisidir: "Onun qədər daxilən azad adam tapmaq çətin məsələdir. Onun həyat sevgisi, təbəssümü hər kəsin qəlbində yaşayacaq. Vaqif Səmədoğlu öz həyat fəlsəfəsi, öz həyat baxışı olan insan idi".

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, xalq şairi Nəriman Həsənzadə, millət vəkiliNizami Cəfərovvə başqaları V. Səmədoğlu haqqında fikirlərini bölüşüblər.