adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Yanvar 2015 13:30
2420
SİYASƏT
A- A+

Millət vəkilləri etiraz edəcək

Milli Məclisin üzvü kimi çox güman ki, buna öz etirazımızı bildirəcəyik. Nizami Gəncəvi dünyada tanınmış ədibdir, mütəfəkkirdir. Onun heykəlinə qarşı bu cür hərəkətlərin edilməsi heç bir qanuna, çərçivəyə sığmır”.

Bunu Modern.az-a açıqlamasında Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupunun üzvü, deputat Vahid Əhmədov deyib.

Deputatın sözlərinə görə, vaxtaşırı Azərbaycanın tanınmış ədiblərinə qarşı bu cür hərəkətlərə yol verilir: "Bu hadisə birinci dəfə deyil. Bundan öncə də bizim görkəmli şəxsiyyətlərimizə qarşı belə hadisələr baş verib. Dağıstanda rəhbərlik dəyişəndən sonra ciddi problemlər yaşanır. Bilirsiniz ki, Azərbaycanın bu bölgəyə münasibəti hər zaman yüksək olub. Dövlət başçısı həmişə bu bölgəyə köməkliklər göstərib. Çətin məqamlarda diqqət və qayğı əsirgənməyib. Yəni iqtisadi, siyasi əlaqələrimiz yüksək səviyyədə olub. Orada, xüsusilə Dərbənd şəhərində azərbaycanlılar çoxdur. Ona görə də bu məsələ bizim üçün çox əhəmiyyətlidir. Çalışmaq lazımdır ki, belə xoşagəlməz hadisələr bir də təkrarlanmasın. Azərbaycanlılar mitinqlər də keçirdilər, müəyyən təkliflər də verdilər. Təbii ki, bu cür xoşagəlməz hadisələrin qarşısının alınması üçün proses gedir. Əlbəttə, hökumət səviyyəsində də bu məsələyə baxılmalıdır”.

Vahid Əhmədov deyib ki, bu cür məsələlər parlamentlərarası işçi qruplarının görüşlərində də müzakirə olunur: "Rusiya-Azərbaycan parlament üzvləri görüşlər keçirərkən hər zaman bu məsələlərə toxunulur, müzakirə edilir. Mənə elə gəlir ki, dövlət səviyyəsində də bu məsələlərə münasibət bildiriləcək”.  

Bu yaxınlarda dahi Azərbaycan şairi Nizami Gəncəvinin Rusiyanin Dərbənd şəhərində yerləşən heykəli dağıdılıb.