adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
29 Yanvar 2015 13:16
2264
SİYASƏT
A- A+

ABŞ-Azərbaycan münasibətləri müzakirə edildi

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında ABŞ-ın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqani, səfirliyin siyasi müşaviri Daniel Slaşer, Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktoru Bruk Ayşam və Agentliyin əməkdaşı Kris Şaffer ilə görüş keçirilib.

Görüşdə Azərbaycandakı vətəndaş cəmiyyətinin vəziyyəti, QHT-lər haqqında qanunvericiliyə edilən əlavə və dəyişikliklər, Azərbaycan-ABŞ münasibətləri və əməkdaşlığın gələcək perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

ABŞ-ın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqani QHT-lər haqqında qanunvericiliyə edilən əlavə və dəyişikliklərin xarici donorların fəaliyyətinə təsiri, onların qeydiyyat məsələləri, təsdiq olunacaq yeni qaydalar ilə bağlı Şura sədrinin fikirlərini öyrənib.

Azay Quliyev qanunvericiliyə edilən əlavə və dəyişikliklərin indiyədək mövcud olan boşluqların aradan qaldırılması, vətəndaş cəmiyyətində sağlam mühitin yaradılması, şəffaflığın və səmərəliliyin təmin olunması məqsədi ilə həyata keçirildiyini bildirib. Şura sədri həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən bundan sonra ölkədəki dövlət qurumları tərəfindən QHT-lər üçün ayrılan qrant layihələrinin Şura ilə razılaşdırılacağını deyib.

Şura sədri vurğulayıb ki, bu sərəncam Azərbaycan dövlətinin yalnız xarici donorların deyil, həmçinin, milli donorların fəaliyyətində də şəffaflığın və səmərəliliyin artırılmasında maraqlı olduğunu göstərir.