adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
29 Yanvar 2015 13:18
2103
SİYASƏT
A- A+

ABŞ-Rusiya müharibəsi başlaya bilər - Qarbaçov

SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov növbəti dəfə Rusiya-ABŞ münasibətlərindən danışıb.

 

Adalet.az "İnterfaks” xəbər agentliyinə istinadən xəbər verir ki, keçmiş prezident iki ölkə arasında münasibətlərin hazırda "soyuq müharibə” səviyyəsində olduğunu və bunun "isti müharibə”yə keçə biləcəyini deyib.

 

Siyasətçinin sözlərinə görə, Vaşinqton Moskva üzərində "triumf” haqqında əsas ideyasını açıq şəkildə reallaşdırmağa çalışaraq Moskvanı qarşıdurmaya çəkir.

 

"Təəssüf ki, mən artıq "soyuq müharibə”nin "isti müharibə” çevrilməyəcəyini qəti olaraq deyə bilmirəm. Qorxuram ki, ABŞ buna risk edə bilər”, - Qorbaçov əlavə edib.

 

Sovet İttifaqının keçmiş prezidenti həmçinin Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları xatırladıb: "ABŞ və Avropa Birliyindən indi yalnız Rusiya barəsində sanksiyalar haqqında eşidirsən. Doğrudanmı, onlar başlarını tamamilə itiriblər?”