adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
29 Yanvar 2015 13:06
3600
KRİMİNAL
A- A+

Maşın qaçırdı, nazirliyə ziyan vurdu

Dünən Yasamal rayonu ərazində xuliqanlıq hadisəsi və yol qəzası baş verib. 


Adalet.az-ın məlumata görə, yanvarın 28-də saat 17:50 radələrində işlədiyi "moyka”dan maşın qaçıran şəxs qəza törədib. Yasamal rayonu ərazisində Ə.Ələkbərzadə küçəsi 38-də yerləşən avtoyuma məntəqəsində işləyən Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Azim Şükürov 1954-cü il təvəllüdlü Bəxtiyar Yusif oğlu Cəfərova məxsus Mercedes markallı avtomobili qaçırıb.

A.Şükürov saat 18:20 radələrində Landau küçəsi 18-in qarşısında Ədliyyə Nazirliyinə məxsus Hundai markalı 10 AO 092 və Toyota markalı 10 AO 017 nömrəli avtomobilləri vuraraq əzib. 

Hadisə nəticəsində xəsarət alan olmayıb. A.Şükürov saxlanılıb.