adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Yanvar 2015 13:04
3705
SİYASƏT
A- A+

Girovlarımızın işi Avropa Məhkəməsində

Azərbaycan Ermənistan girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət edib.

 

"Azərbaycan Hüquq İslahatları Mərkəzi”ndən verilən məlumata görə, Dilqəm Əsgərov və Şahbaz Quliyevinməhkəmədə hüquqlarını Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Anar Bağırov müdafiə edəcək. 

 

D.Əsgərov, Ş.Quliyev və Həsən Həsənov ötən ilin yayında doğmalarının məzarlarını ziyarət etmək üçün Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonuna gediblər. Dilqəm və Şahbaz ermənilər tərəfindən girov götürülüb, H.Həsənov isə qətlə yetirilib. Girovlar üzərində qondarma rejim tərəfindən məhkəmə qurulub. Oyuncaq məhkəmənin qəraraı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. 

 

Hazırda həmvətənlərimizin girovluqdan azad edilməsi ilə bağlı proses Prezident İlham Əliyevin nəzarətindədir. Prezidentin tağşırığına uyğun olaraq Azərbaycan höküməti adından 7 beynəlxalq təşkilata müraciət göndərilib. Bu istiqamətdə atılan ən vacib addımlardan biri də həmyerlilərimizin azad olunması üçün Avropa İnsan Hüquqları üzrə Məhkəməsinə müraciət olunmasıdır.