adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Yanvar 2015 13:02
1048
HADİSƏ
A- A+

2014-cü ildə 16 nəfər partlayışlarda ölüb - FHN

Fövqəladə Hallar Nazirliyi (FHN) 2014-cü ildə respublikada baş verən fövqəladə hadisələrin statistikasını açıqlayıb.

 

FHN-dən Adalet.az-a verilən məlumata görə, 2014-cü il ərzində respublika ərazisində 36 partlayış hadisəsi baş verib ki, bu da 2013-cü il ilə müqayisədə 7 hadisə və ya 24% çoxdur. Partlayışlar zamanı 16 nəfər həlak olub, 75 nəfər xəsarət alıb.

Statistikaya görə, il ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 11 084 çıxış edilib. Yanğın hadisələri zamanı 59 nəfər dünyasını dəyişib, 99 nəfər xəsarət alıb, bu da 2013-cü il ilə müqayisədə yanğından həlak olanlar üzrə 2 nəfər və ya 3% az, xəsarət alanlar üzrə 12 nəfər və ya 14% çoxdur.

Ötən il respublikada 11 288 təbii və texnogen mənşəli hadisə qeydə alınıb. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 77 ölüb, 176 nəfər isə xəsarət alıb. FHN xilasediciləri tərəfindən 30 nəfər xilas edilib, 856 nəfər təxliyə olunub.